Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

İnsan hüquqları üzrə kitabxana


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir Tələbələr, təcrübə keçən hüquqşünaslar və digər maraqlı şəxslərin artıq insan hüquqları sahəsində ədəbiyyatlar, beynəlxalq hüquq alətləri, hüquqi araşdırmalarla tanışlıq imkanı var.



Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni yaranan insan hüquqları üzrə kitabxanası həftənin 6 günü istifadəçilərə kompüterdə işləmək imkanı da verir.



Birliyin proqram koordinatoru Aksana Əzimova deyir ki, kitabxanadan istifadə etmək üçün birliyə üzv yazılmaq lazımdır.



- Hər bir tələbə, hansısa bir təşkilat, ümumiyyətlə, kim maraqlanırsa, bu kitabxanadan istifadə edə bilər. Bunun üçün birliyə üzv yazılmaq lazımdır. Üzv yazılmaq üçün tələbə bileti və ya diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti və 2 ədəd şəkil gətirmək lazımdır.



Aksana Əzimovanın sözlərinə görə hazırda kitabxanada insan hüquqları sahəsində 475 kitab var. Kitablar 3 dildə - Azərbaycan, ingilis və rus dillərindədir. Kitabxanaya üzv yazılanlar kitablarla yanaşı kompüterlərdən də istifadə edə bilərlər. Bu xidmətlərə görə birlik istifadəçilərdən heç bir ödəniş tələb etmir.



Kitabxanaya üzv yazılmaq üçün bazar gününü çıxmaq şərti ilə istənilən vaxt Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə müraciət etmək olar. Birliyin elektron ünvanı belədir: www.aylu.az
XS
SM
MD
LG