Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38
Rubrikalar

Bakı nefti Ceyhan limanından oktyabrda yola salınacaq


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir - Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunacaq Azərbaycan nefti ilə doldurulmuş ilk tanker Ceyhan limanından oktyabrın 27-də yola salınacaq. Bu haqda bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.



Əvvəllər rəsmi tarix kimi 2005-ci ilin 3-cü rübünün sonu – 4-cü rübünün əvvəli qeyd edilirdi.



- Sumqayıtda iri buxar-qaz qurğusunun tikintisi üçün təxminən 300 milyon avroluq kredit ayrılıb. Vəsaiti Almaniyanın “Bayerische Landesbank”, Fransanın “Societe General” və “BNP Paribas” bankları ayırıb. 300 milyon avronun təxminən 44 milyonu layihənin sığortalanmasına sərf olunacaq. Buxar-qaz stansiyasını tikəcək “Siemens” şirkətinin məlumatına görə, qurğunun təməli bu ilin avqustunda qoyulacaq və tikinti 2007-ci ilin sonunda istifadəyə veriləcək.



- Gürcüstan və Azərbaycanın elektrik sistemlərinin paralel işləməsi gözlənilir. “Newsgeorgia” agentliyinin Gürcüstanın yanacaq və energetika naziri Nika Qilauriyə istinadən yaydığı məlumata görə, iyulun 6-da nazirin Bakı səfəri zamanı bu haqda razılaşma əldə olunacaq.



Nazir Bakıda mavi yanacağın alınması haqqında da danışıqlar aparmaq niyyətindədir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4707 manat, 1 avro 5691 manat, rubl isə 164 manatdır.
XS
SM
MD
LG