Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39
Rubrikalar

«Neftçi» əsas futbolçularını itirir


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir - Varşavada şahmat üzrə kişilər arasında keçirilən Avropa çempionatı başa çatmaq üzrədir. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son turda Yunanıstandan olan rəqiblə heç-heçə oynadığından turnir cədvəlində ilk onluğa düşmək imkanını xeyli çətinləşdirib. Bu barədə «Azadlıq» radiosuna məlumatı yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə verib.



Qədir Hüseynov heç-heçə oynayıb. Şəhriyar MəmmədyarovNamiq Quliyev qalib gəliblər. Onların 6.5, Teymur Rəcəbovun isə 7.5 xalı var.



Turnirin başa çatmasına cəmi iki tur qalıb.



- Azərbaycanı Çempionlar Liqasında təmsil etməli olan «Neftçi» futbol klubu isə çox çətin vəziyyətə düşüb. Aparıcı oyunçular – Emin Quliyevlə Mahmud Qurbanovun Lənkəranın «Xəzər» klubuna keçidindən sonra Hüseyn Məhəmmədov, Vidadi Rzayev, Anatoli TebloyevQurban Qurbanov da özünə başqa komanda seçib. Klubun baş məşqçisi Ağasəlim Mircavadov da baş verənlərdən məyusluğunu gizlətmir: “Ən pisi odur ki, itirdiklərimizi itirmişik, gələnlərin nə olacağı bilinmir”.



Rəhbərlik maddi problemlər üzündən başqa klublara keçən bu oyunçuların yerinə hələ ki, yerli klublardan Nadir Nəbiyev, Bəxtiyar MusayevAqil Məmmədovu «ağ-qara»ların sırasına daxil edə bilib.
XS
SM
MD
LG