Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

Sovet pasportlarının istifadə müddəti uzadıla bilər


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir İyunun 30-da köhnə Sovet pasportları Azərbaycan ərazisində hüquqi qüvvəsini itirir. Bundan sonra ölkə ərazisində yalnız şəxsiyyət vəsiqəsi hüquqi qüvvəyə malik olacaq.



Bəzi mətbuat orqanlarında belə məlumatlar var ki, guya iyunun 30-a qədər yeni şəxsiyyət vəsiqəsi almayanlar müvəqqəti sənəddən istifadə edə bələcəklər. Hətta sənədin adı da çəkilir – “forma 1”.



Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zülfiyyə İbrahimova deyir ki, vətəndaşlara hər hansı müvəqqəti sənədin verilməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, “forma 1” adda sənəd həqiqətən də var, amma bu, vətəndaşlara vermək üçün deyil, pasport idarələrinin arxivində saxlanan bir arayışdır.



Zülfiyyə İbrahimova deyir ki, Sovet pasportlarının əvəzedicisi kimi istifadə olunan “forma 9” adlanan sənəd də qüvvədən düşür. Şəxsiyyəti təsdiqləyən müvəqqəti sənəd yalnız o şəxslərə verilir ki, şəxsiyyət vəsiqəsi almaq üçün lazım olan bütün sənədləri toplayıb pasport idarəsinə təqdim ediblər və vəsiqə hazır olanacan onlara “forma 7” adlanan müvəqqəti arayış verilir.



Zülfiyyə İbrahimova bildirir ki, iyulun 1-dən köhnə Sovet pasportları qüvvədən düşsə də, bu, şəxsiyyət vəsiqələrinin verilməsinin də dayandırılması demək deyil. Bütün pasport idarələri adi qaydada işlərini davam etdirəcəklər və müraciət edənlər şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq.



Bütün ölkə üzrə nə qədər vətəndaşın şəxsiyyət vəsiqəsi alması barədə konkret rəqəm açıqlanmır. Zülfiyyə İbrahimova yalnız onu dedi ki, əhalinin böyük hissəsi şəxsiyyət vəsiqəsi ilə təmin olunub.



Amma müstəqil ekspertlərin rəqəmləri fərqlidir. Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev deyir ki, əhalinin yarıdan çoxu şəxsiyyət vəsiqəsi almayıb, xüsusən də rayonlarda. Seçki Məcəlləsinə görə, vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsiylə səs verə bilərlər və Əli Quliyevin proqnozlarına görə, noyabrda keçiriləcək parlament seçkilərinə qədər bütün seçiciləri şəxsiyyət vəsiqəsiylə təmin etmək mümkün olmayacaq. Ona görə də seçkiyə gələn az olacaq.



Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsində şöbə rəisi işləmiş Əlövsət Əliyev isə hesab edir ki, belə vəziyyətdə köhnə Sovet pasportlarından istifadə müddəti uzadılmalı idi.



«Məsələn, Lerikin dağ kəndindən pasport almaq üçün rayon mərkəzinə gəlmək üçün vətəndaş taksiyə 100 min manat verməlidir. Axı hər adamın belə imkanı yoxdur. Dövlət orqanları şəxsiyyət vəsiqələrinin verilməsi işini yaxşı təşkil etməyiblər».



Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudlu da deyir ki, şəxsiyyət vəsiqələriylə bağlı vəziyyət onlarda narahatlıq yaradır. Onun sözlərinə görə, bu məsələ MSK sədrinin yanında da müzakirə edilib. Komissiya kokret qərara gəlməyib və ola bilsin ki, MSK seçkiyə görə köhnə Sovet pasportlarından istifadə müddətinin uzadılması üçün Daxili İşlər Nazirliyinə müraciət ünvanlasın.



Vidadi Mahmudlu onu da deyir ki, qanunda seçkinin baş tutmuş sayılması üçün hansısa yetərsay həddi yoxdur. Yəni, nə qədər seçicinin səs verməsindən asılı olmayaraq, seçki baş tutmuş hesab ediləcək. Amma komissiya katibinin sözlərinə görə, onlar seçkidə daha çox vətəndaşın iştirak etməsində maraqlıdırlar.



Sovet pasportlarının müstəqil Azərbaycanın şəxsiyyət vəsiqələriylə əvəz edilməsi haqqında qanun 1994-cü ildə qəbul edilib. Amma şəxsiyyət vəsiqələri əhaliyə 2001-ci ildən verilməyə başlanıb. Həmin ildən bəri Sovet pasportlarının qüvvədən düşməsi ilə bağlı bir neçə dəfə son müddət təyin olunsa da, sonradan Daxili İşlər Nazirliyi həmin müddəti

Günün bütün mövzuları

XS
SM
MD
LG