Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

Bəstəkar Ü.Vəliyeva: “Anam bizi klassik musiqi sədaları altında yatırardı”


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir “14-24”ün bugünkü qonağı 19 yaşlı bəstəkar Ülviyyə Vəliyevadır. Hazırda Bakı Musiqi Akademiyasında təhsil alan Ülviyyə 6 yaşından musiqi parçaları bəstələməyə başlayıb.



- Bu həvəs məndə uşaqlıqdan yaranıb. Çünki, körpəlikdən anam bizi klassik musiqi sədaları altında yatırdıb. Yəqin ki, bu da öz təsirini göstərib. 6 yaşımda məni “İstedadlar sorağında” verilişinə çəkmişdilər. Orada öz mahnımı oxumuşdum və bəstələdiyim lirik melodiyanı çalmışdım. Bu melodiyanı Qarabağa həsr etmişdim. Hətta orada belə təsəvvür edirdim ki, əsgərlər oturub və mən bu musiqini onlar üçün çalıram.



Ülviyyənin bu sahədə qazandığı uğurlar da az deyil.



- Dəfələrlə Mədəniyyət Nazirliyinin keçirdiyi respublika müsabiqələrində iştirak etmişəm, lauriat olmuşam. Bakı Musiqi Mədəniyyət İdarəsinin keçirdiyi “Qönçə” festivalında hər il iştirak etmişəm və hər dəfə də diploma layiq görülmüşəm. Daha sonra 1999-cu ildə Puşkinin 200 illiyinə həsr olunmuş konkursda qalib olmuşam. Orada mahnılarımı bacım ifa etmişdi. Qalib olduğumuza görə bizi Moskvaya göndərmişdilər. Orada böyük konsertlə iştirak etmişdik.



Gənc bəstəkarın əldə etdiyi uğurlar bunlarla da bitmir. Artıq iki filmdə onun bəstələrindən istifadə olunub.



- Mənim “Xəyallar” adlı kompozisiyamdan gənc rəssam Nərminə Vəliyeva haqqında çəkilən “Rənglərdən süzülən işıq” adlı sənədli filmdə istifadə olunub. Bütün film boyu əsərim səsləndirilib. “Ümid” adlı kompozisiyamdan isə professor Zərifə Əliyeva haqqında çəkilən filmdə istifadə olunub.



Ülviyyənin bəstələdiyi mahnıların ilk dinləyiciləri valideynləridir. Gənc bəstəkarın arzularından biri də mahnılarını daha çox dinləyiciyə tanıtmaqdır.



- Arzularım çoxdur. Klip çəkdirmək istəyirəm. Hazırda disk üzərində işləyirəm. Mahnılarımı çox adam ifa edəcək.
XS
SM
MD
LG