Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59

Parlament seçkilərində 1000-dən çox beynəlxalq müşahidəçi iştirak edəcək


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir «Aqo» Qrupunun rəhbəri, almaniyalı səfir Roland Veqner seçki komissiyalarının tərkibinin dəyişdirilməsinin başlıca istəkləri olduğunu deyir. Onun sözlərinə görə, başçılıq etdiyi qrup komissiyaların paritet əsaslarla formalaşmasına çalışacaq. İyunun 30-da qrup üzvlərinin «Azadlıq» və «Yeni Siyasət» seçki bloklarının təmsilçiləri ilə görüşündə də əsas müzakirə mövzusu bu olub. Bu haqda məlumatı görüşdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər verdi. Cənab Qəmbər narahatlıqlarını qrup üzvlərinə çatdırdıqlarını deyir.



R.Veqner ölkədəki seçki vəziyyətini qiymətləndirməkdən boyun qaçırır və keçirəcəyi bütün görüşlərdən sonra müəyyən fikir söyləyə biləcəyini deyir. O, seçkilərdə 1000-dən çox beynəlxalq müşahidəçinin iştirak edəcəyini də bildirir.



İyunun 30-da qrup üzvləri həmçinin Ədliyyə naziri Fikrət Məmmədov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Siyasi məhbus məsələsinin hələ də qalmasından narahatçılıq keçirdiklərini deyən cənab Veqner Fikrət Məmmədovla görüşdə bu məsələni müzakirə etdiklərini deyir. Onun sözlərinə görə, «Aqo» Qrupu siyasi məhbus məsələsinin seçkilərə qədər həll olunacağına inanır. Prezident İlham Əliyevlə görüşdə də bu haqda danışacaqlarını deyən cənab Veqner, Azərbaycan qanunvericiliyindəki dəyişiklikləri izləyəcəklərini sözlərinə əlavə edir.



İyulun 1-də «Aqo» Qrupunun üzvləri prezident İlham Əliyev, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşəcəklər.



Avropa Şurası Nazirlər Komitəsinin «Aqo» Monitorinq Qrupu iyunun 29-da Azərbaycana səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG