Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

«Türk jurnalistin İlham Əliyevə demədikləri…»


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir «İslam Konfransı Təşkilatının sammitində Ermənistanın Azərbaycana təcavüzü müzakirə olunub». Bu haqda «525-ci qəzet»dəki məqalədə Vüqar Orxan yazır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov konfransdakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə dair məlumat verib. Nazir baş verənlərə konfrans iştirakçılarının münasibət bildirməsini xahiş edib. Müəllif yazır ki, Azərbaycan rəsmiləri son vaxtlar bir çox təşkilat və dövlətlərdən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında dəstək istəyib. Ancaq vədlər verilsə də, hələlik konkret köməkliklər edilmir. Müəllifə görə, bu o deməkdir ki, beynəlxalq aləm münaqişənin birdəfəlik həllində maraqlı deyil.



«Yeni Azərbaycan» qəzetindəki məqalədə Fəxri Kərimli yazır ki, Azərbaycan NATO və Avropa İttifaqı ilə yaxınlaşmaq niyyətindədir. Elə bu səbəbdən də hərbi xərclərin artırılmasına diqqət yetirilir. Müəllif yazır ki, 2003-cü ildən bu yana Azərbayanda hərbi xərclərə ayrılan məbləğ iki dəfə çoxalıb. Bundan başqa 2001-ci il 11 sentyabr terrorundan sonra Azərbaycan-ABŞ münasibətlərində də ciddi yaxınlaşmalar baş verib. Nəticədə Azərbayan Cənubi Qafqazdakı digər dövlətlərdən, xüsusilə də Ermənistandan xeyli qabağa çıxıb. Müəllif yazır ki, buna baxmayaraq hələ də Azərbaycan prinsipial olan problemləri həll edə bilmir.



«Bakı-Xəbər» qəzetindəki «Türk jurnalistin İlham Əliyevə demədikləri…» başlıqlı məqalədə Mahir yazır ki, prezidentin Türkiyənin «SNN- Türk» kanalına müsahibəsi geniş reaksiyalar doğursa da, orada verilməyən bir sıra suallar qalıb. Müəllif hesab edir ki, cənab Əliyev demokratiya, insan hüquqları, ədalətli seçkilərlə bağlı suallardan yayınanda müxbir bu haqda cavabları eşitməkdə israr etməyib. Məqalədə qeyd olunur ki, bu, İlham Əliyevin uğursuz reklamı üçün təşkil olunmuş müsahibələrdən biri idi. Azərbaycan prezidenti belə məqamlarda gülməli situasiyalara düşdüyündən bu kampaniyanı dayandırsa yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG