Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

Polis dindarları zorla məsciddən çıxardı


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir İyunun 30-da «Cümə» dini icmasının bir qrup üzvü Dini İşlər üzrə Dövlət Komitəsinin qarşısında "Gül aksiyası" adlı dinc etiraz tədbiri keçirdi. İcmanın 50-yə yaxın üzvü əllərində qərənfil «Vicdana azadlıq!», «Cüməyə azadlıq!» şüarları səsləndirdilər. Dindarlar icmanın bağlanmasına etiraz edən bəyanatları komitəyə təqdim etdilər. Dualar oxunandan sonra aksiya başa çatdı.



Günün ikinci yarısında oxşar aksiya «Cümə» məscidinin qarşısında keçirildi. Dindarlar əvvəlcə məscidin önündə, daha sonrasa içində namaz qıldılar. Hadisə yerinə gələn Səbayel rayon Polis İdarəsinin əməkdaşları dindarları zorla məsciddən çıxardılar. Polislər «Cümə» dini icmasının rəhbəri İlqar İbrahimlini bir müddət saxlasalar da, sonradan buraxdılar.



Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov dindarların məsciddən çıxarılmasını onların təhlükəsizliyini təmin etməklə izah etdi: «Məscid təmir edildiyindən, hər dəqiqə uçmaq təhlükəsi var».



İlqar İbrahimli isə baş verənləri zorakılıq kimi qiymətləndirdi və aksiyaların baş tutduğunu bildirdi.



2004-ci il iyunun 30-da «Cümə» dini icması yerləşdiyi məsciddən çıxarılıb. İlqar İbrahimoğlunun məscidin icmaya qaytarılmasıyla bağlı iddasını məhkəmə təmin etməyib. İcma üzvlərinin hüquqlarının pozulması bir sıra beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb.
XS
SM
MD
LG