Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

Babək qalasında illik festival keçiriləcək

  • Abbas Cavadi

Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir - İranda prezident seçkiləri başa çatdı və nəticədə mühafizəkarların nümayəndəsi, Tehran bələdiyyəsinin keçmiş rəisi Mahmud Əhmədi-Nəjad rəqibi Əkbər Haşimi Rəfsəncani üzərində qələbə çalaraq bu vəzifəyə seçildi.



Ağayi Əhmədi-Nəjad çıxışlarının birində yeni hökumətin dilindən, qövmündən asılı olmayaraq bütün iranlıların hökuməti olduğunu dedi. Ancaq bu qövmlərin, dillərin tələblərinə, məsələn Azərbaycan dili ilə əlaqədar olaraq irəli sürülən tələblərə əməl olunub-olunmayacağı barədə yenə də prezident heç nə deməyib.



Keçmişdə bəzi təhlilçilər deyirdi ki, əgər mühafizəkarlar hökuməti də ələ alsalar, azərbaycanlıların qövmi-milli, o cümlədən dil, fərhəng-mədəniyyət haqları daha da məhdudlaşacaq. 1979-cu ildə qurulan İslam cumhuriyyətində hətta əsas qanunun dil məsələsi ilə əlaqədar maddələrinə də əməl olunmayıb və bu, ağayi Rəfsəncani, ağayi Xatəmi və başqa rəhbərlərin vaxtında da belə olub. Bundan sonra bunun necə olacağını isə gözləyib görmək lazım olacaq.



- İyunun 30 və iyulun 1-i İran Azərbaycanının şimal-şərqində yerləşən Kəleybər məntəqəsindəki Babək qalasında illik mərasim – festival olacaq. Gözlənilir ki, hər il olduğu kimi, bu il də minlərlə adam asudə vaxt keçirmək üçün bu günlərdə, xüsusilə də cümə günü Babək qalasına axışacaq.



- Sonda həmişə olduğu kimi, Harvadr Universiteti Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri Brenda Şafferin İran Azərbaycanı haqqında kitabının növbəti icmalını Sizə Vaşinqtondan Əbülfəz Paşaoğlu təqdim edir.



Daha ətraflı Audio hissədə



Brenda Şafferin kitabının icmalını axıra kimi davam etdirəcəyik. Amma gələn həftədən başlayaraq dekabr ayına kimi “Təbriz Ekspres” söhbətinə fasilə veririk. Çünki, çərşənbə günləri verilişlərimizin ikinci hissəsini tamamilə Azərbaycanda qarşıdan gələn seçkilərə həsr edəcəyik. Buna baxmayaraq, İran Azərbaycanından gələn mühüm xəbərləri Sizə çatdırmağa çalışacağıq. Bir neçə ay sonra isə “Təbriz Ekspres” söhbətini davam etdirəcəyik.
XS
SM
MD
LG