Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

MSK aşağı komissiya üzvləri üçün ikimərhələli treninqlər keçirəcək


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Mərkəzi Seçki Komissiyası (MSK) iyulun birinci ongünlüyündən başlayaraq aşağı komissiya üzvləri üçün ikimərhələli treninqlər keçirəcək. Treninqləri qurumun 23 nəfərlik qrupu aparacaq. Qrup Beynəlxalq Seçki Sistemləri üzrə Fond və Avropa Şurası Venesiya Komissiyasının üzvləri tərəfindən hazırlanıb.



MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyir ki, 30 gün çəkəcək treninqdə 30 min komissiya üzvü iştirak edəcək. Treninqlərdə məqsəd komissiya üzvlərini seçki gününə hazırlamaq, yəni onların hüquqi biliklərinin artırılması, iş vərdişlərinin təkmilləşdirilməsidir. Komissiya üzvlərinə seçici siyahıları, seçkidə şəffalığın təmin olunması, beynəlxalq və yerli müşahidəçilərin hüquqları, səsvermənin qaydaları və s. haqda geniş məlumat veriləcək.



Treninqlərin ikinci mərhələsi sentyabrda keçiriləcək və bir ay davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG