Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Kür çayına Gürcüstan ərazisində çirkab suları axıdılır


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Kür çayına Gürcüstan ərazisində infeksion xəstəxana və klinikaların çirkab suları axıdılır. Çayın həddən artıq çirklənməsi nəinki Gürcüstan həmçinin Azərbaycan üçün də təhlükəlidir. Tbilisinin İnteqrasiya və İctimaiyyətlə Əlaqələr üzrə Şəhər Komissiyasının sədri Nino Mirianaşvili qurumun iclasında belə deyib. Onun sözlərinə görə, vəziyyətin belə davam etməsi iki ölkənin münasibətlərinə xələl gətirə bilər.



Həkim-infeksionist Mehdi Mehdiyev isə deyir ki, həqiqətən də Kür çayı Azərbaycan ərazisinə keçənədək yetərincə çirklənmiş olur. Azərbaycanda isə su təmizləmə qurğuları işləmə dövrünü çoxdan başa vurduğu üçün süzmə prosesini normal yerinə yetirməyə gücü çatmır. Ona görə də hazırda əhalinin istifadə etdiyi içməli yox, texniki sudur.



Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə deyir ki, həqiqətən də Kür və ona qoşulan Araz çayı Gürcüstan və Ermənistan tərəfindən məişət və sənaye tullantıları ilə çirkləndirilir: «Ancaq qonşu dövlətlərin yaxın vaxtlarda çirklənmənin qarşısının alınması istiqamətində nəsə edə biləcəkləri ehtimalı yoxdur. Çünki onların buna imkanları çatmır. Buna görə də nazırlik bu istiqamətdə öz strategiyasını hazırlayıb». Cənab Bağırovun sözlərinə görə, çirkli suların təmizlənməsini təmin edə biləcək sənayenin yaradılması üzərində iş gedir.



Nazir əlavə edir ki, hazırda Kurün suyu Bakı əhalisinin istifadəsinə lazımi səviyyədə təmizləndikdən sonra verilir. «Bundan ötrü lazımi texnologiya da var. Ancaq Bakı şəhərinin daxili bölüşdürücü şəbəkəsi o qədər köhnədir ki, sızmalar nəticəsində kanalizasiya suları ilə qurunt suları qarışır və bəzən əhaliyə su təmiz halda çatmır» - deyə, o, bildirir.
XS
SM
MD
LG