Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Yerevan Bakının hərbi xərclərini artırmasını cavabsız qoymayacağını deyir


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir “Yerevan Bakının hərbi qüdrətini artırmaq istiqamətində atdığı addımlardan narahatdır. Ermənistan bunu cavabsız qoymayacaq”.



Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mikael Harutunyan prezident İlham Əliyevin Azərbaycanın hərbi xərclərini 300 milyon dollaradək artıracağı barədə bəyanatına münasibət açıqlayarkən deyib.



Azərbaycanın Milli Məclisi hərbi xərclərin artırılmasına dair büdcəyə müvafiq əlavəni təsdiq edib. Keçən illə müqayisədə Azərbaycan hərbi xərclərini 23 faiz artırıb. Ayrılan vəsait əsasən hərbi texnika və təyyarələrin alınması üçün istifadə olunacaq.



Ermənistan Silahlı Qüvvələrinin general-polkovniki Mikael Harutunyan bu məsələnin Azərbaycanın daxili işi olduğunu desə də, bildirir ki, Bakının son addımları müəyyən gərginlik yaradır.



Mikael Harutunyan deyir: “Ermənistan Azərbaycanın birdən-birə hərbi qüdrətini, hərbi potensialını gücləndirməsinə imkan verə bilməz. Azərbaycanda Qarabağ probleminin zorakı yolla həlli çağırışları bizi həqiqətən narahat edir. Lakin bu, onların öz işidir. Bizim vəzifəmiz vətənimizi və Qarabağı qorumaq, Azərbaycan prezidentinin istədiyinə imkan verməməkdir”.



Rəsmi Bakı hərbi xərclərini artırmasına səbəb kimi Gürcüstandakı Rusiya hərbi texnikasının Ermənistana köçürülməsini göstərir. Amma Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyir ki, bu texnika Rusiyanın nəzarətində qalacaq.



“Hərbi texnika və silahların Ermənistana verilməsi haqda razılıq yoxdur və gözlənilmir. Ermənistan ona icazə verilən kvotalar çərçivəsində silahlı qüvvələrini lazım olan texnika və silahla özü təmin edir” – deyə, Mikael Harutunyan əlavə edir.



Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iddia edir ki, daha çox hərbi texnikaya malik olan Azərbaycan Avropada Adi Silahların Məhdudlaşdırılması haqda Cinah Sazişini pozur. Rəsmi Bakı isə bu sazişi Ermənistanın pozduğunu bildirir.
XS
SM
MD
LG