Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:46
Rubrikalar

«Bakının elektrik inkişafı» planı hazırlanıb


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir - «Barmek Azərbaycan» şirkəti Bakının elektriklə təminatını yaxşılaşdırmaq məqsədi ilə «Bakının elektrik inkişafı» planını hazırlayıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, plan 2005-2007-ci illəri əhatə edir.



Onun sözlərinə görə, sənəd yaxın günlərdə hökumətə təqdim olunacaq.



- Beynəlxalq Valyuta Fondu (BVF) ilə gələcək əməkdaşlıq Azərbaycanın mövqeyindən asılıdır. Bunu Fondun Azərbaycandakı nümayədəsi Bazil Zavoyko deyib. Onun sözlərinə görə, Azərbaycan BVF-nın növbəti kredit tranşını almaqdan imtina edib.



- Xəzərin statusu ilə bağlı beştərəfli danışıqların növbəti raundu iyulda Bakıda davam etdiriləcək. Xarici işlər nazirlərinin müavinləri səvviyyəsində keçiriləcək budəfəki məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.



- Rusiya baş nazirinin qərarına görə, 2005-2006-cı illərdə Rusiya 8 ölkədə, o cümlədən də Azərbaycanda özünün ticarət nümayəndəliyini açacaq. Dünyanın 52 ölkəsində isə ticarət nümayəndəliklərinin fəaliyyətinin dayandırılacağı bildirilir.



İndi də valyuta məzənnələri barədə: Azərbaycan Milli Bankından aldığımız məlumata görə, iyunun 29-da 1 ABŞ dolları 4 710, bir avro 5 682, 1 rus rublu isə 164 manat olub.
XS
SM
MD
LG