Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

Sənətkarlar İnterneti kəşf edirlər


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir “İnfotek” İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq “Arts&Crafts” İnternet mağazasını yaratmaqla incəsənət adamlarına bu sistemdə öz saytlarını açmaq və əsərlərinin satışı məqsədilə xarici bazarlara çıxmaq imkanı verib.



Bu vaxtadək isə Azərbaycan sənətkarları öz əsərlərini əsasən yerli bazarlarda satışa çıxara bilirdilər. www.arts&crafts.org adlı bu sayta müraciət etməklə dünyanın istənilən yerindən olan alıcı bəyəndiyi məhsulu ən geci 5 günə əldə edir. Müştərilərə bu imkanı yaradan sayt haqqında ətraflı məlumatı “İnfotek”in Direktorlar Şurasının üzvü Araz Məmmədovdan eşidək.



- Sənət adamlarının bu layihəyə marağı var. Çünki, onlardan əksəriyyətinin sənət nümunələri yalnız yerli bazarlarda satılır və daha çox xaricdən gələn turistlər tərəfindən alınır. İnternet vasitəsilə onlara özlərini tanıtmaq və öz sənətlərini dünyaya çatdırmaq daha asandır.



- Mallar alıcılara necə çatdırılır, bu işi öz üzərinə kim götürüb?



- Biz sadəcə sayt yaratmamışıq, bunun arxasında böyük bir sistem var. Amerikada və Avropada partnyor təşkilatlar var. Elə mallar var ki, onlardan bir neçə nüsxə olur. Məsələn, kimsə “Qız qalası”nın taxtadan modelini bir neçə nüsxədə hazırlayır. Belə mallardan bir neçəsini biz əvvəlcədən Amerikadakı partnyorumuza yollayırıq. Belə bir mal alınanda Amerikadan poçt vasitəsilə dərhal müştəriyə çatdırılır. Tək nüsxədə olan əsərləri isə buradan alırıq və alıcıya yollayırıq. Maksimum 5 gün ərzində malı alıcıya çatdırırıq.



- İndiyədək saytda yerləşdirilən incəsənət əsərlərinin ümumi dəyəri nə qədər olub və bunlardan nə qədəri satılıb?



- Hardasa 1 milyon dollar dəyərində mallar yerləşdirilib. Satdığımız ilk mal gümüşdən düzəldilmiş bayraq olub. Bu bayrağı Amerikada yaşayan bir qadın əri üçün hədiyyə alıb. Sonra bizdən bir neçə kompakt disk – “Rast” qrupunun, Tünzalə Ağayevanın disklərini alıblar. Amerika universiteti öz kitabxanası üçün 30 kompakt disk alıb. Belə də olub ki, Azərbaycandan olan alıcılar saytda rəsm əsərini görüblər və onu gedib əsərin müəllifindən alıblar.



- Saytda əsərini yerləşdirmək istəyən sənətkardan nə tələb olunur?



- Heç bir tələb yoxdur. Heç kəsdən heç nə istəmirik, şərtsiz və təmənnasız işləyirik. Kim istəyir bizə müraciət edə bilər. Öz məhsulunu saytda yerləşdirən adam, eyni zamanda, həm də öz saytını açmış olur. Çünki, sistem elə qurulub ki, saytda müəllif haqqında da məlumat yerləşdirilir.
XS
SM
MD
LG