Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:21

Milli Parkda qloballaşmaya qarşı yürüş keçiriləcək


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir «Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış» Milli Koalisiyası iyulun 2-də Milli Parkda dinc yürüş keçirməyi planlaşdırır. Aksiyanın məqsədi həmin gün dünyanın əksər ölkələrində qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirmək, minilliyin inkişaf məqsədlərinə nail olmağı dünya liderlərinin diqqətinə çatdırmaqdır. Qollarına ağ parça bağlayan yürüş iştirakçıları «Əl Oyunları Sarayı»ndan «Xalça Muzeyi»nə qədər yürüş edəcəklər. Aksiya ilə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə xəbrdalıq məktubu da göndərilib.



Koalisiyanın kooardinatoru Kamil Əlyevin sözlərinə görə, yürüşdə «Böyük Səkkizlik»in ölkə başçılarına müraciət ünvanlanacaq, kasıb ölkələrin borclaranın silinməsi, Azərbaycanda uşaq ölümü hallarının azaldılması və ana sağlamlığının qorunması problemləri diqqətə çatdırılacaq.



İyulun 2-də «Böyük Səkkizlik»ə daxi olan ölkələrin növbəti sammiti keçiriləcək.
XS
SM
MD
LG