Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42
Rubrikalar

Kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir


Səs: Real audio
Rino Harniş iyulda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Azərbaycana gələcəyini deyir - Varşavada kişilər arasında şəxsi Avropa çempionatı davam edir. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 7 xalla ilk onluqdadır. Bu barədə “Azadlıq” radiosuna Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə məlumat verib. Turnirin sonuna 3 tur qalıb.



- İyulun 1-də Moskvada qadınlar arasında voleybol üzrə dünya çempionatının üçüncü təsnifat mərhələsi başlayır. Azərbaycan yığma komandasının keçirəcəyi oyunlar barədə “Azadlıq” radiosuna Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli danışıb.



“Azərbaycan ilk oyununu iyulun 1-də Bolqarıstan komandası ilə keçirəcək. İkinci qarşılaşma ertəsi gün Çexiya yığması, üçüncü oyunsa iyulun 3-də Rusiya komandasıyla olacaq”.



Zöhrab Gözəlbəyli Azərbaycan yığmasının birinci ya da ikinci yeri tutacağına ümidlidir. İlk 2 yerə çıxan komandalar gələn il Yaponiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 3-cü yerləri tutan komandalar üçünsə daha bir turnir keçiriləcək və çempionata qatılmağa bir yer ayrılacaq.



Azərbaycanın qadın voleybol yığması 1994-cü ildə Braziliyada dünya çempionatında iştirak edib və 9-cu yeri tutub.



- İyulun 10-dan 18-dək Moskvada boks üzrə dünya kuboku keçiriləcək. Bu çempionatda 12 ölkənin komandası dörd qrupda iştirak edəcək. Azərbaycan yığması da həmin komandalar arasındadır. Bunu “Azadlıq” radiosuna Azərbaycan Boks Federasiyasının baş katibi Tofiq Babanlı deyib.



Tofiq Babanlının bildirdiyinə görə, həmin idmançılar arasında Ceyhun Əbiyev, Samir Məmmədov, Elşən İsmayılov, Vüqar Ələkbərov da var.
XS
SM
MD
LG