Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

ABŞ-ın keçmiş dövlət katibi Azərbaycana gəlir


Səs: Real audio
Rino Harniş iyulda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın Azərbaycana gələcəyini deyir İyulda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Azərbaycana gələcək. Onu hazırkı dövlət katibinin müavini Pola Dobranski müşayiət edəcək». Bunu iyunun 29-da Qazaxa səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş söyləyib. Onun sözlərinə görə, ABŞ Azərbaycanda təhlükəsizlik məsələsinə ayrılmış 90 milyona beş milyon ABŞ dolları da əlavə edəcək. Cənab Harniş prezident İlham Əliyevin ABŞ-a gözlənilən səfəri barədə yerli mətbuatda yazılanlarla bağlı verilən sualı cavablandırmayaraq, Azərbaycan-ABŞ münasibətlərindən söz açıb.



Səfir Qazaxda «Azərbaycanda biznesə dəstək və inkişaf layihəsi» çərçivəsində Marketinq Mərkəzinin açılışında iştirak edib. O, Gəncədən fərqli olaraq burada yalnız İcra Hakimiyyətinin başçısı ilə görüşüb.



ABŞ səfiri hazırda Tovuza gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG