Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:44

ABŞ seçkini saxtalaşdıranların cəzalandırılmasına çalışacaq


Səs: Real audio
Rino Harniş: «İnqilaba ehtiyac olmaması üçün ədalətli seçkilər keçirilməlidir» ABŞ-ın Bakıdakı səfiri Rino Harniş Azərbaycanda hazırkı siyasi iqlimin kifayət qədər kəskin olduğunu deyir. Səfir söyləyir ki, ABŞ Azərbaycanda azad, ədalətli və şəffaf seçki keçirilməsini dəstəkləyir: «Bu isə bütün təbəqələrdən məsuliyyət tələb edir». Onun sözlərinə görə, adamların sərbəst toplaşması və mətbuatın azad fəaliyyəti üçün şərait yaradılmalıdır. «Müxalifət seçiciləriylə sıx görüşməli və regionlara çıxmalıdır» - deyən səfir, əsas məqsədin Azərbaycanda ədalətli seçkilər keçirmək olduğunu bildirir: «Başqa sözlə, siyasi tərəqqi olsun və inqilaba ehtiyac qalmasın».



İyunun 28-də Gəncədə keçirdiyi mətbuat konfransında R.Harniş bildirdi ki, seçki saxtakarlığına yol verən komissiya üzvlərinin cəzalandırılması və məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan hökumətinə təzyiq edəcəklər. Onun sözlərinə görə, indiyədək seçki saxtakarlıqları baş versə də, heç kim cəzalandırılmayıb.



Bir neçə respublikaçı konqresmenin Azərbaycanda keçiriləcək parlament seçkisiylə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim etdiyi qətnamə layihəsinə yeni əlavələr olunacaq. Bu haqda açıqlama verən səfir dedi ki, əlavələrin nədən ibarət olduğu haqda hələlik məlumatı yoxdur.



Rino Harniş: «ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var. Elə Misir də bizim dostumuzdur, ancaq dövlət katibi Kondaliza Rays Misirdə olarkən dedi ki, bu ölkənin Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Dostlarımız başa düşməlidirlər ki, bizim təhlükəsizliyimiz dünyada demokratiyanın səviyyəsilə düz mütənasibdir».



O, Amerika hökumətinin Azərbaycanın seçki məntəqələrində exit-polların keçirilməsini maliyyələşdirəcəyini və bunun üçün tender elan ediləcəyini söylədi: «Bu sorğular siyasi əhəmiyyət daşıyan məntəqələrdə aparılacaq».



Səfir ABŞ-ın dövlət katibi Kondaliza Raysın Azərbaycana gələcəyi barədə yerli mətubatda yazılanların əsasının olmadığını, belə bir səfərin planlaşdırılmadığını dedi.



R.Harnişin Azərbaycanın Qərb bölgəsinə səfəri Gəncəylə yekunlaşmayacaq. O, iyunun 29-da Şəmkir, Tovuz, Ağstafa və Qazaxda da görüşlər keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG