Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

«Aqo» qrupu Azərbaycana gəlir


Səs: Real audio
Qrup Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icrasını yoxlayacaq Avropa Şurası Nazirlər Komitəsinin Monitorinq Qrupu- «Aqo»nun üzvləri iyunun 29-da Azərbaycana gələcək. Almaniyadan olan Ronald Rellerin rəhbərlik etdiyi qrup rəsmi görüşlərə iyunun 30-da başlayacaq.



Avropa Şurası Bakı Ofisinin sözçüsü İlqar İbrahimlinin sözlərinə görə, qrup üzvləri prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, hüquq müdafiəçiləri, bir sıra siyasi partiya nümayəndələri və seçki məmurlarıyla görüşlər keçirəcək.



Cənab İbrahimli «Aqo»nun ölkə prezidenti İlham Əliyevlə də görüşünün nəzərdə tutulduğunu, amma son dəqiqləşmələrin hələ aparılmadığını bildirir.



İ.İbrahimli deyir ki, qrup Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icrasını yoxlayacaq. Bundan əlavə, seçkiöncəsi durum da monitorinq qrupunun diqqət yetirəcəyi əsas məqamlardan olacaq.
XS
SM
MD
LG