Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:11
Rubrikalar

Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tərkibi təsdiq edilib


Səs: Real audio
«Tövsiyələrin qəbul edilməməsi noyabr seçkilərinə qiymət verilərkən Avropa Şurası Parlament Assambleyası tərəfindən nəzərə alınacaq» - İyunun 28-də Milli Məclis Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tam tərkibini təsdiq edib.



AXCP-də olan millət vəkili Cəmil Həsənli komissiya üzvlərinin hamısının iqtidar nümayəndəsi olmasına etiraz edib. O, müxalifətdən olan deputatlardan da bir nəfərin həmin komissiyaya salınmasını təklif edib. Amma onun bu təklifini parlament sədri Murtuz Ələsgərov qəbul etməyib.



- Son günlər «Azeri light» markalı neftin qiyməti 2 dollar, «Ural» markalı neftin qiyməti isə 0.8 dollar artıb.



Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “AssA-İradə” agentliyinə verilən məlumata görə, hazırda «Azeri light» markalı neftin bir bareli 58.47, «Ural» markalı neftin bir bareli isə 53.50 dollardır.



Bu il üçün dövlət büdcəsində isə 1 barel neftin qiyməti 25 dollar nəzərdə tutulub.



- Xanlar rayonundakı asfalt zavodu yenidən işə salınıb. 1994-cü ildən fəaliyyəti dayandırılan zavod Almaniyadan gətirilmiş müasir avadanlıqlarla təchiz olunub. 43 nəfərin çalışdığı zavod gündə 300 tona qədər asfalt istehsal etmək gücünə malikdir.



- İndi də valyuta məzənnələri barədə. Milli Bankdan aldığımız məlumata görə, iyunun 28-də 1 ABŞ dolları 4 714, 1 avro 5 730, 1 rus rublu isə 164 manat olub.
XS
SM
MD
LG