Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07
Rubrikalar

FIFA AFFA-nı cərimələdi


Səs: Real audio
«Tövsiyələrin qəbul edilməməsi noyabr seçkilərinə qiymət verilərkən Avropa Şurası Parlament Assambleyası tərəfindən nəzərə alınacaq» - FIFA Nizam-İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) 10 min İsveçrə frankı məbləğində cərimə edib. Buna səbəb iyunun 4-də Azərbaycan və Polşa yığmalarının Bakıda keçirilən oyununda azərkeşlərin stadiona müxtəlif əşyalar atması və Azərbaycan yığmasının o vaxtkı baş məşqçisi Karlos Alberto Torresin ehtiyat hakimə qarşı qeyri-etik davranışı olub.



- Çimərlik voleybolu üzrə Azərbaycan birinciliyi sona çatıb. Yarışda qızların 13, oğlanların 10 komandası mübarizə aparıb. «Rabitə» və «Metro-3» komandaları birinci olub.



- MDB və Baltiyanı ölkələrin beynəlxalq oyunları çərçivəsində Azərbaycanın cüdo üzrə yığma komandası 6 medal qazanıb. Bu haqda Cüdo Federasiyasının əməkdaşı Elnur Kələntərli məlumat verir.



«Komandamız 9 nəfərlə təmsil olunub. Onlardan Araz Muxtarov (73 kq) və Sona Əhmədli (63 kq) qızıl, Elşən İsmayılov (55 kq), Fərid Allahverdiyev (81 kq) və Fuad Allahverdiyev (90 kq) gümüş, Ceyhun Eyyublu isə (60 kq) bürünc medal qazanıblar. Komanda hesabında Azərbaycan yığması Rusiya və Qazaxıstandan sonra üçüncü olub».



- Tehranda taekvando üzrə “Fəcr” turniri başa çatıb. Turnirdə Azərbaycan 8 idmançı ilə təmsil olunub. Onlardan Rəşad Əhmədov qızıl, Elnur Amanov gümüş, Təvəkkül Bayramov isə bürünc medal qazanıb.



- İyunun 28-də Tehranda daha bir, cüdo üzrə birgünlük beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycandan 11 cüdoçu mübarizə aparacaq.
XS
SM
MD
LG