Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:32

Venesiya Komissiyasının katibi Milli Məclisin qərarına təəssüf edir


Səs: Real audio
«Tövsiyələrin qəbul edilməməsi noyabr seçkilərinə qiymət verilərkən Avropa Şurası Parlament Assambleyası tərəfindən nəzərə alınacaq» «Bütün görülən işlərdən sonra ATƏT və Venesiya Komissiyasının əsas tövsiyələrinin qəbul olunmamasına çox təəssüf edirəm». Bunu «Azadlıq» radiosuna Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio bildirdi.



O, Milli Məclisin Seçki Məcəlləsinə prezidentin göndərdiyi şəkildə dəyişiklikləri qəbul etməsinə təəccüblənmədiyini deyir: «Çünki bu yaxınlarda Bakıda olarkən hiss etdim ki, parlament bizim seçki komissiyaları ilə bağlı verdiyimiz tövsiyələri qəbul etmək niyyətində deyil. Bugünkü qərar məni təəccübləndirmədi, sadəcə təəssüfləndirdi».



Cənab Bukikkionun sözlərinə görə, ATƏT və Venesiya Komissiyasının tövsiyələri Azərbaycanın maraqlarına cavab verirdi. Amma Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində Venesiya Komissiyası və ATƏT-in 2003 və 2004-cü illərdə verdiyi tövsiyələrin böyük hissəsi əks olunmayıb.



C.Bukikkio bildirir ki, Venesiya Komissiyasının təklifləri məcburi deyil. Lakin tövsiyələrin qəbul edilməməsi noyabr seçkilərinə qiymət verilərkən Avropa Şurası Parlament Assambleyası tərəfindən nəzərə alınacaq.



«Noyabrdakı seçki Azərbaycan üçün mühüm testdir. Beynəlxalq müşahidəçilər bundan əvvəlki seçkiləri azad və ədalətli saymayıb. Ona görə də, gəlin, heç olmasa bir dəfə demokratik seçki keçirək» - deyə, Venesiya Komisiyasının katibi Canni Bukikkio bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG