Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Polis «Təhsildə rüşvətsiz bir gün» gəzintisinə icazə vermədi


Səs: Real audio
Aksiyanın altı üzvünü saxlayan Səbayel rayonu 9-cu Polis Bölməsi onlara xəbərdarlıq edəndən sonra sərbəst buraxdı «Gənc Azərbaycan -Yeni Adlar» seçki bloku və «Təhsildə rüşvətə «Yox» deyək!» gənclər təşkilatının iyunun 28-də keçirmək istədiyi «Təhsildə rüşvətsiz bir gün» gəzintisinə icazə verilmədi.



Gənclərin Neft Akademiyası və İqtisad Universitetinin qarşısında toplaşmasına imkan verməyən polis aksiyanın təşkilatçılarından altısını Səbayel rayonu 9-cu Polis Bölməsinə apardı. Bölmədə onlara xəbərdarlıq ediləndən sonra sərbəst buraxıldılar.



Hadisə yerində olan hüquq müdafiəçisi Səidə Qocamanlı baş verənləri vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirdi.



Aksiyanın təşkilatçılarından biri Rüstəm Əliyev isə deyir ki, onların məqsədi gənclərin gəzintisini təşkil edib, əhalinin diqqətini təhsildə rüşvət probleminə cəlb etmək idi.



İyunun 1-də Milli Təhlükəsizlik Nazirliyi Bakı Dövlət Universitetinin kimya fakültəsinin kafedra müdiri Məhəmməd Babanlının tələbədən rüşvət alarkən yaxalandığı haqda məlumat yaymışdı. Təhsil Nazirliyində isə artıq bir neçə aydır rüşvətlə mübarizə məqsədilə «qaynar xətt» fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG