Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Hüquqşünas “qara piar”ı müstəqil məhkəmələrin olmaması ilə izah edir


Səs: Real audio
YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyir ki, beynəlxalq təşkilatlardan gələn təklifləri seçkidən xəbəri olmayan adamlar veriblər Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana, 148-ci maddəsində təhqirə görə cəzalar müəyyən edilib. Ancaq məhkəməyə müraciət üçün təhqir və böhtana yol verən şəxslər məlum olmalıdır.



AXCP sədri Əli Kərimli hazırda Türkiyədədir, görüşlər keçirir. Partiyanın mətbuat katibi İsaq Əvəzoğlunun dediyinə görə, Əli Kərimlini Türkiyədə hava limanında guya homoseksualların qarşılamasıyla bağlı Türkiyə hökuməti araşdırmaya başlayıb. İsaq Əvəzoğlu bu kampaniyanın arxasında Azərbaycan hökumətinin durduğunu bildirir.



Cənab Kərimlinin məhkəməyə müraciət edib-etməyəcəyinə gəlincə, İsaq Əvəzoğlu Azərbaycanda bunun mənasız olduğunu deyir. Onun fikrincə, hökumət də elə məhkəmə çəkişmələrinə nail olmaq istəyir.



YAP icra katibinin müavini Mübariz Qurbanlı isə fakt olmadan hökuməti müxalifətə qarşı “qara piar” kampaniyası aparmaqda suçlamağın mümkün olmadığını deyir. O, ümumiyyətlə, belə bir kampaniyaya əsas görmür.



Məhkəmələrlə bağlı isə Mübariz Qurbanlı deyir ki, bəzi iqtidar qəzetləri də ayrı-ayrı vaxtlarda məhkəməyə verilib, cərimələnib.



Hüquqşünas Fuad Ağayevsə deyir ki, çox vaxt “qara piar” kampaniyası zamanı böhtana yol verən şəxsləri tapmaq çətindir.



Fuad Ağayev “qara piar”ı seçki qaydalarının, əxlaq və hüquq normalarının kobud pozuntusu adlandırır. O, siyasi tərəflərin bir-birini təhqir etməsini ölkədə məhkəmə sisteminin müstəqil olmaması, onun çıxardığı qərarların icra olunmaması ilə izah edir.



Fuad Ağayevin fikrincə, böhtan və təhqiri həyata keçirən şəxsin mənsub olduğu siyasi cinahdan asılı olmayaraq buna vaxtında reaksiya verilməlidir. Məsələn, əgər “qara piar”ı aparan iqtidar nümayəndəsidirsə, dövlət başçısı, Prezident Aparatı buna dərhal reaksiya verməlidir, əks halda, bu iqtidarın imicinə xələl gətirər.

Günün bütün mövzuları

XS
SM
MD
LG