Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:06

Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi qəbul edildi


Səs: Real audio
YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyir ki, beynəlxalq təşkilatlardan gələn təklifləri seçkidən xəbəri olmayan adamlar veriblər İyunun 28-də Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul etdi. Müxalifətin istədiyi və Venesiya Komissiyasının tövsiyə etdiyi bir sıra dəyişikliklər, eləcə də seçki depozitinin azaldılması, müşahidəçilərin statusunun artırılması dəyişiklikdə əksini tapdı. Amma seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkili, xaricdən maliyyəşən QHT-lərin seçkini müşahidə etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi təkliflər qəbul edilmədi. Əksinə, məcəlləyə müxalifətin narazılığına səbəb olan daha bir dəyişiklik edildi. Belə ki, yeni düzəlişə görə, seçici vəsiqələrinin üzərində vətəndaşların ünvanları qeyd olunmayacaq. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Məsələləri Daimi Komissiyasının və layihəni hazırlayan İşçi Qrupunun rəhbəri Əli Hüseynov bu duzəlişin vətəndaşların hüquqlarının qorunması məqsədilə edildiyini bildirsə də, müxalifətdən olan deputatlar bu fikirlə razılaşmadılar. Onlar hesab edirlər ki, vəsiqədə seçicinin ünvanının yazılmaması bir seçicinin bir neçə dəfə səs verməsinə şərait yaradacaq.



Daha çox mübahisə döğuran məsələ isə seçki komissiyalarının tərkibi ilə bağlı oldu. AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəyli dedi ki, seçki komissiyalarının tərkibinin dəyişdirilməsini təkcə müxalifət partiyaları, bitərəflər yox, həm də beynəlxalq təşkilatlar istəyir. Onun fikrincə, qanunvericilik yolu ilə komissiyalarda seçki yarışındakı tərəflərdən birinin üstünlüyü təmin edilir.



YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə deyir ki, beynəlxalq təşkilatlardan gələn təklifləri seçkidən xəbəri olmayan adamlar veriblər. Onun fikrincə, əslində, seçki komissiyalarının tərkibinin formalaşmasında hüququ pozulan müxalifət yox, YAP-dır. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov isə dedi ki, seçki komissiyaları paritet əsaslarla təşkil edilərsə, onlar normal işləyə bilməz.



Müzakirələrin gedişində daha çox diqqət mərkəzində olan digər məsələ isə QHT-lərin seçkini müşahidəsinə qoyulan məhdudiyyət oldu. Müxalifətdən olan deputatlar - Qulamhüseyn Əlibəylli və Cəmil Həsənli beynəlxalq təşkilatların öz vəsaitləri hesabına seçkini müşahidə etmələrinə şərait yaradıldığı halda, xaricdən qrant alan yerli QHT-lərə bu imkanın verilməməsinə etiraz etdilər.



Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə dedi ki, Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər radikal müxalifətin təsiri altındadır. Ona görə də onların seçkiləri müşahidə etməsinə imkan yaratmaq məqsədəuyğun deyil.



Müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.



Seçki Məcəlləsinə prezidentin təklif etdiyi əlavə və dəyşikliklər haqqında qanun layihəsi bu il iyunun 8-də parlamentə təqdim edilib. Müzakirələr iki dəfə təxirə salınıb.



Layihədə SM-ə yeni maddələrin əlavə edilməsi və mövcud maddələrə dəyişikliklərlə bağlı 43 müddəa əksini tapıb. Bu dəyişikliklər əsasən texniki xarakter daşıyır. Məsələn, seçki komissiyaları üzvlərinin statusunun dəqiqləşdirilməsi, komissiya üzvləri arasında vəzifə bölgülərinin aparılması qaydaları, müşahidəçilərə seçkilərin ümumi yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq hüququnun verilməsi və s. təklif edilən layihədə nəzərdə tutulub.



Prezidentin təklif etdiyi layihədə Avropa Şurası Venesiya Komissiyasının tövsiyə etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması və xaricdən maliyyələşən qeyri - hökumət təşkilatlarının seçkini müşahidə hüququnun təmin

Günün bütün mövzuları

XS
SM
MD
LG