Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Elmar Hüseynov Fondu MTN-i məhkəməyə verə bilər


Səs: Real audio
Qurumun hesabatında həbsxanalarda məhbuslara işgəncə verilməsinə dair saysız iddiaların olduğu bildirilir Elmar Hüseynov Fondu iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) qarşısında planlaşdırdığı etiraz aksiyasını keçirməyəcək. Buna səbəb Mətbuat Şurası üzvləri ilə MTN əməkdaşları arasında nazir Eldar Mahmudovla görüş barədə razılığın əldə edilməsidir.



Fondun təsisçilərindən olan «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, aksiyanı keçirməməkdə məqsəd həmin görüşün nəticəsini gözləməkdir: «Əgər bu görüş istintaqın gedişilə bağlı məlumatsızlığı aradan qaldırmasa, onda fond MTN-i məhkəməyə verəcək».



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də qətlə yetirilib. Qətlin istintaqını əvvəlcə Respublika Prokurorluğu aparsa da, sonradan iş MTN-ə verilib. Bir ay əvvəl MTN Elmar Hüseynovun qətlində şübhəli bilinən iki nəfəri - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi beynəlxalq axtarışa verib.
XS
SM
MD
LG