Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47
Rubrikalar

Gürcüstan Azərbaycandan benzin almağı dayandıra bilər


Səs: Real audio
Qurumun hesabatında həbsxanalarda məhbuslara işgəncə verilməsinə dair saysız iddiaların olduğu bildirilir - Gürcüstan 2006-cı il yanvarın 1-dən avtomobil yanacağı üzrə yeni standartlara keçəcəyi haqda Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) xəbərdar edib.



Şirkətin marketinq şöbəsinin rəhbəri Muxtar Babayev deyir ki, həmin yeni standart yanacaq Azərbaycanda istehsal olunmur. Odur ki, Gürcüstan indiyə qədər aldığı benzini yeni standartlara uyğunlaşdıra, ya da ümumiyyətlə, Azərbaycandan benzin almağı dayandıra bilər.



Muxtar Babayevin sözlərinə görə, yeni yanacaq sisteminə uyğun benzinin istehsalıyla bağlı artıq Amerika şirkəti Heydər Əliyev adına neft emalı zavodu ilə birgə iş aparır.



- İyunun 28-də Hesablama Palatasının sədri Namiq Nəsrullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya paytaxtına işgüzar səfərə yollanacaq. Hesablama Palatasından “Assa-İradə” agentliyinə verilən məlumata görə, Moskvada korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizədə ali dövlət maliyyə nəzarəti orqanlarının rolu və digər məsələlər müzakirə olunacaq.



- İndi də valyuta məzənnələri barədə. Azərbaycan Milli Bankından aldığımız məlumata görə, iyunun 27-də 1 Amerika dolları 4 721, 1 rus rublu isə 164 manat olub.
XS
SM
MD
LG