Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Beynəlxalq Helsinki Federasiyası: "Azərbaycanı avtoritar ailə idarə edır"


Səs: Real audio
Qurumun hesabatında həbsxanalarda məhbuslara işgəncə verilməsinə dair saysız iddiaların olduğu bildirilir «Azərbaycan 1993-cü ilin iyunundan avtoritar Əliyevlər ailəsi tərəfindən idarə olunur». Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyasının hesabatında belə deyilir.



Sənəddə bildirilir ki, ölkədə söz və sərbəst toplaşmaq azadlığı tez-tez pozulur. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən bəziləri yerinə yetirilməyib. Misal olaraq İctimai Televiziyanın yaradılmaması göstərilir.



Hesabatda məhkəmələrin icra orqanlarından asılılığı xüsusi vurğulanır: «Bu, özünü xüsusən ölkədəki sonuncu prezident seçkilərinin nəticələrinə görə keçirilən etiraz aksiyalarında tutulanların məhkəməsində büruzə verib».



Sənəddə daha sonra bildirilir ki, Azərbaycan həbsxanalarında məhbuslara işgəncə verilməsinə dair saysız iddialar var.



ATƏT Parlament Assambleyasının Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səttar Səfərov bildirir ki, sadalananların heç bir əsası yoxdur: «Dünyada Azərbaycana qarşı ikili münasibət var. Beynəlxalq təşkilatlar hesabatlarında Azərbaycandakı problemlərə yer ayırsalar da, onların aradan qaldırılması üçün görülən işlərdən danışmırlar».



Demokratiyanın İnkişafı və İnsan Haqlarının Müdafiəsi Fondunun rəhbəri Murad Sadəddinovsa hesab edir ki, hesabat Azərbaycandakı proseslərin diqqətlə izləndiyini təsdiqləyən növbəti faktdır. O, sənədin obyektiv hazırlandığını söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG