Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:09

Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycana nə verə bilər?


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir İyunun 27-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunması istiqamətində görüşlər başlayır.



ÜTT bəyan edir ki, o, ölkələr arasında azad bazar prinsiplərinin olmasını istəyir. Yəni, təşkilatın üzvü olan bir ölkə istehsal etdiyi malı sərbəst şəkildə digər üzv ölkəyə aparıb sata bilsin və ona maneə yaradılmasın. Məsələn, heç bir ölkə «bizdə kartof istehsal olunur» deyə başqa ölkədən kartof gətirilməsinə qadağa qoya bilməsin.



İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimova görə, belə bir şərtin olması ondan ötrüdür ki, dünya bazarlarında ədalətli rəqabət olsun, ölkənin daxilində, yaxud xaricində istehsal edilməsindən asılı olmayaraq, bütün mallar, necə deyərlər, bir piştaxtaya düzülsün, alıcı da onların arasından ürəyi istədiyini, daha keyfiyyətlisini seçə bilsin.



Orxan Kərimov ÜTT-nın başqa şərtləri barədə də məlumat verdi: təşkilatın üzvü olan hər bir ölkə onun ərazisində istehsal edilən malların keyfiyyətinə nəzarət etməlidir. O mənada ki məsələn, aşağı keyfiyyətdə buraxıldığı üçün ucuz başa gələn pivə keyfiyyətli pivəni sıxışdırıb bazardan çıxara bilməsin. Yəni, haqsız rəqabət halları baş verməsin. Bir şərt də odur ki, əqli mülkiyyət qanunla qorunsun, dövlətlərin öz iş adamlarına təmənnasız yardımları (subsidiyalar) minimuma endirilsin.



Azərbaycanın bu şərtlərə uyğunluğu məsələsinə gəlincə, ekspertlərin fikrincə, ölkə 1997-ci ildən bu təşkilata üzv olmaq üçün danışıqlar aparır. Mütəxəssislərə görə, hər şey Azərbaycanın iqtisadi sahədə aparacağı islahatlardan asılıdır. İndi Azərbaycan ABŞ-ın dəstəyi ilə əqli mülkiyyətin qorunması sahəsində qanunvericiliyini təkmilləşdirməyə çalışır.



İqtisadçı ekspert Vüsal Qasımovun fikrincə, həlli vacib problemlərdən biri də xarici şirkətlərin ölkə iqtisadiyyatına sərmayə qoyması üçün münbit şəraitin yaradılması, investisiyaların qorunması və sairdir.



Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Əli Əlirzayev deyir ki, ÜTT-a qəbulun müsbət cəhətləri mənfi cəhətlərindən çoxdur. O deyir ki, indi bu təşkilatın üzvü olan dövlətlər üzv olmayan dövlətlərdən gələn mallar üçün xeyli sayda məhdudiyyətlər tətbiq edirlər. Azərbaycan təşkilata üzv qəbul edilib onlarla eyni statusa yiyələnərsə, bu məhdudiyyətlər azalacaq və Azərbaycan öz istehsal etdiyi malları dünya bazarına çox rahat şəkildə çıxara biləcək; ikiqat vergitutma halları aradan qaldırılacaq; Azərbaycan yaranacaq iqtisadi mübahisələrin ÜTT çərçivəsində hüquqi həllinə nail ola biləcək.



Əli Əlirzayevin sözlərinə görə, Azərbaycan xaricdən gətirilən mallarla rəqabət apara bilmək üçün öz ərazisində istehsal etdiyi malların keyfiyyətini artırmağa məcbur olacaq. Həmçinin, xarici bazarlara çıxarılan Azərbaycan mallarının keyfiyyəti yaxşılaşacaq.



İqtisadçı ekspert Vüsal Qasımov isə deyir ki, ÜTT-a qəbul edildikdən sonra Azərbaycan xaricdən gətirilən mallardan tutulan rüsumu azaltmalı olacaq. Və bu, dövlət büdcəsinin gəlirlərini azaldacaq.



Vüsal Qasımovun onu da deyir ki, xarici mallardan tutulan rüsumun aşağı salınması yerli istehsala ziyan vura bilər. Onun sözlərinə görə, Azərbaycanda istehsal müəssisələri, eləcə də fermer təsərrüfatları çox inkişaf etməyib və idxal rüsumu azalanda yerli mallar xarici mallarla rəqabətdə uduzmağa başlayacaq.



İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimov da deyir ki, Azərbaycan ÜTT-a üzv qəbul olunmada tələsməməlidir. Çünki, onun fikrincə, sənaye və kənd təsərrüfatı sahələrinin yetərincə inkişafın

Günün bütün mövzuları

XS
SM
MD
LG