Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:48

«Azadlıq» bloku «İstanbul Bəyannaməsi»ni qəbul edib


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının daxil olduğu «Azadlıq» seçki bloku Türkiyədə «İstanbul Bəyannaməsi» adlı sənəd qəbul edib. Bəyannamədə ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılması, media nümayəndələrinə qarşı təqiblərə son qoyulması və sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələb edilir.



Sənəddə həmçinin bütün iddiaçı tərəflərə, o cümlədən, siyasi məhbus və mühacirlərə bərabər imkanlar yaradılması bəyan edilir.



Şərhçi Nailə Yaqublu deyir ki, əslində, sənəddə deyilənlər blok təsis olunandan dəfələrlə söylənilib: «Sadəcə, bununla blok hakimiyyətin son günlər ona qarşı apardığı kampaniyaya cavab verir».



Ekspert Elxan Şahinoğlu isə «Azadlıq» blokunun bu sənədlə cəmiyyətə və hakimiyyətə daha bir mesaj verdiyini söyləyir.
XS
SM
MD
LG