Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09
Rubrikalar

Boksçular Macarıstandan 5 medalla dönüblər


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir - İyunun 27-də Macarıstanda qılıncoynatma üzrə Avropa çempionatının startı verilib. Yarışda Azərbaycanı 5 idmançı və beynəlxalq dərəcəli hakim Fikrət Vəliyev təmsil edir.



- MDB və Baltikyanı ölkələrin yeniyetmə idmançıları arasında keçirilən beynəlxalq turnirdə isə 4 Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb.



- Macarıstanda yeniyetmə boksçuların Avropa birinciliyi sona çatıb. Boks Federasiyasının baş katibi Tofiq Babanlının verdiyi məlumata görə, Azərbaycan idmançıları 5 medal qazanıb.



«Famil Süleymanov, Hafiz İsgəndərov və Rüstəm Şamilov gümüş, Anar Sadıxlı və İsmət Eynullayev isə bürünc medal qazandı. Normal çıxış ediblər, ancaq gərək çempion olaydılar. Komandanı çempionsuz görmək istəməzdim».



- Ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb. 100 nəfərin qatıldığı çempionatda 8 nəfər qızıl medalların sahib olub. Qaliblər avqust ayında keçiriləcək Avropa çempionatında yığma komandanın tərkibində çıxış edəcəklər.



- Futbol üzrə İntertoto Kuboku uğrunda mübarizə aparan Yevlaxın «Karvan» komandası Polşada Poznanın «Lex» komandasına 2:0 hesabı ilə məğlub olub. «Karvan» Bakıda keçirdiyi ilk oyunda da 2:1 hesabı ilə məğlub olmuşdu.



- İyulun 3-dən 10-dək Polşada paralimpiyaçılar arasında güllə atıcılığı üzrə açıq Avropa çempionatı keçiriləcək. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Azərbaycanı 4 idmançı təmsil edəcək. Əkbər Muradov, Pyotr İzqor, Yelena TaranaovaAfaq İsmayılova 10, 25 və 50 metr məsafələrə atəş açmaqda qüvvələrini sınayacaqlar.
XS
SM
MD
LG