Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:36
Rubrikalar

Cənubi Qafqazda “Windows” problemi


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Bugünkü verilişdə Cənubi Qafqaz ölkələrində İnternetden istifadə, dilin, əlifbanın İnternetə uyğun olub-olmamasından danışacağıq.



Kompüter evin mühüm sayıla biləcək bütün avadanlıqlarından vacib olub. İnformasiya əsrinin tələb etdiyi qədər xəbərdar olmanın yolu kompüterdir. Amma Azərbaycanda informasiyanı kompüterdən almaq üçün gərək ya rus, ya da ingilis dilini biləsən. Çünki, heç bir əməliyyat proqramının Azərbaycan variantı yoxdur. Amma gələn il “Windows XP” əməliyyat sisteminin azərbaycancası hazır olacaq.



Amma həmin əməliyyat sisteminin gürcü variantı bir neçə ildir var. “Windows”un gürcü əlifbası rəsmi şəkildə 2000-ci ildə meydana gəlib. O zaman “Microsoft” gürcüdilli istifadəçiyə “Windows 2000”-nə yüklənmiş gürcü şrifti, gürcü klaviaturası drayverini təklif edib. Sonrakı “Windows XP” versiyasında “Microsoft” gürcü əlifbasının yüklənməsini bir az da təkmilləşdirib, bununla da kompüterdə gürcücə yazıb oxumaq imkanını rəsmiləşdirib. Amma adi istifadəçilərin çoxu indi də kompüterdə gürcücə yazıb oxumaqda çətinlik çəkirlərlər.



Azərbaycanda olduğu kimi, Ermənistanda da “Unicode”dan istifadə olunur. Çünki, orda da “Windows”un yerli variantı yoxdur. Amma Ermənistanda daha böyük problem telekommunikasiyada monopoliyanın olmasıdır. Məhz buna görə bəzən bütün Ermənistanda saatlarla İnternet olmur, keyfiyyət aşağı, qiymət isə yuxarıdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG