Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50
Rubrikalar

“Qazprom” Azərbaycana satdığı qazın qiymətini qaldırmaq niyyətindədir


Səs: Real audio
Amerikalı həmsədr: «Tamamilə əminəm ki, bu, həll olunası məsələdir» - Rusiyanın “Qazprom” şirkəti 2006-cı ildən Azərbaycana satdığı qazın qiymətini qaldırmaq niyyətindədir.



“Ria-Novosti” agentliyinin məlumatına görə, bunu “Qazprom”un İdarə Heyətinin başçısı Aleksey Miller deyib. Onun sözlərinə görə, gələn ildən bütün MDB və Baltikyanı ölkələrə ixrac edilən mavi yanacağın qiyməti artırılacaq. Hazırda həmin ölkələrə ixrac olunan qazın həcmi 145 milyard kubmetrdir.



Amma “Azəriqaz”dan aldığımız məlumata görə, hələlik qiymət dəyişikliyi haqqında onlara xəbərdarlıq edilməyib. Qiymət haqqında “Qazprom”la son danışıqlardan sonra Azərbaycana 1 kubmetr qazın 60 dollara verilməsi müəyyənləşdirilib.



- Azərbaycanda 6 hava limanı əsaslı şəkildə bərpa olunacaq. “Azərtac” agentliyinin Nəqliyyat Nazirliyinə istinadən yaydığı məlumata görə, 2008-ci ilin sonunadək Gəncə, Lənkəran, Şəki, Zaqatala, Yevlax və Naftalandakı aeroportlarda təmir işləri görülüb başa çatdırılmalıdır. Hava limanlarının bərpası heç bir xarici kredit alınmadan, Azərbaycan dövləti və “AzAL” Dövlət Konserninin hesabına aparılacaq.



- İndi də valyuta məzənnələrinə diqqət yetirək. Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4 721 manat, 1 avro 5 677 manat, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG