Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

«Elmar Hüseynov Fondu» MTN qarşısında aksiya keçirəcək


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” «Elmar Hüseynov Fondu» iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Fondun rəhbəri, Elmar Hüseynovun həyat yoldaşı Rövşanə Hüseynova iyunun 24-də keçirdiyi mətbuat konrfansında bildirdi ki, aksiya həyat yoldaşının qatillərinin tapılmamasına, istintaqın gedişiylə bağlı cəmiyyətə məlumat verilməməsinə etiraz xarakteri daşıyacaq.



Xanım Hüseynova qətldən bir neçə gün öncə hökumətdə təmsil olunan bir neçə şəxsin nümayəndələrinin E.Hüseynovla görüşdüyünü, jurnalistə həmin adamlar haqqında yazmamaq təklifi edildiyini bildirir. R.Hüseynova həmin məlumatları istintaqa təqdim etdiyini də deyir.



O, fondun qeydiyyatına maneələr törədildiyini bildirdi: «Hər dəfə nəyisə bəhanə edirlər. Daha iki həftə də gözləyəcəyik. Əgər burda mümkün olmasa, «Elmar Hüseynov Fondu» beynəlxalq təşkilat kimi Gürcüstanda qeydə alnacaq».



MTN-in Mətbuat Xidmətindən bildirdilər ki, qətlin istintaqı davam etdiyindən əlavə məlumat verilə bilməz.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də qətlə yetirilib. Qətlin istintaqını əvvəlcə Respublika Prokurorluğu aparsa da, sonradan iş MTN-ə verilib. Bir ay əvvəl MTN Elmar Hüseynovun qətlində şübhəli bilinən iki nəfəri - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi beynəlxalq axtarışa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG