Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Ə. Həsənov məcburi köçkünlərə qarşı zorakılıqdan narahatdır


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son zamanlar məcburi köçkünlərə qarşı baş verən zorakılıqlardan narahat olduğunu bildirir. Bu zorakılıqların əsasən mənzil mübahisəsi üstündə baş verdiyini deyən cənab Həsənov məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq məskunlaşdıqları yerdən çıxarılmasının yolverilməzliyini söyləyir. O, bu məsələ ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşdüyünü deyir: «Ümid edirəm ki məhkəmələr belə hallara son qoyacaq».



Ə.Həsənov məcburi köçkünlərin məskunlaşdığı 268 yataqxananın təmirə ehtiyacı olduğunu söyləyir. Onun sözlərinə görə, ilkin mərhələdə 77-i yataqxananın təmir edilməsi nəzərdə tutulub. Bunun 56-ı Bakıda, 21-i Sumqayıtdadır: «Bunun üçün 20 milyard manat tələb olunur. Təxmini maliyyə mənbəyi məlumdur. Növbəti mərhələdə o biri yataqxanaların da təmiri məsələsinə baxılacaq».



Cənab Həsənov məcburi köçkünlərin yemək xərclərinin əmanət kassalarından bankomat siteminə keçidilə bağlı problem yarandığını da söyləyir. «Bu iş üçün təxminən beş milyard manat lazımdır. Bunu Maliyyə Nazirliyi həll etməyi üzərinə götürüb» - deyə, o, bildirir.



O, Ağdamın Quzanlı kəndində idman kompleksinin tikiləcəyini də deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG