Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:57

«Daha bir jurnalisti öldürdülər. Azərbaycanın jurnalist ictimaiyyətisə hələlik susur»


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” «Azadlıq» qəzetində «Daha bir jurnalisti öldürdülər. Azərbaycanın jurnalist ictimaiyyətisə hələlik susur» sərlövhəli yazı dərc olunub. «Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımlının ölümü ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı bəyanatdan sitat gətirən qəzet yazır ki, bu, Azərbaycan hakimiyyətinin insan haqlarına verdiyi dəyərin göstəricisidir. Vətəndaş polis idarəsində qaba rəftar gördüyündən əsəbiləşir və etiraz edərkən «mədəni» polis işçilərinin təzyiqlərinə, rəisin zərbələrinə məruz qalır. Bunun müqabilində isə rəis sadəcə olaraq töhmət alır. Nazirlikdə belə hesab edirlər ki, cəza adekvatdır. Hətta Alim Kazımlı baş verən hadisə nəticəsində səhhətini bərpa edib vəfat etməsəydi belə, həmin hadisənin müqabilində cəzanın adekvat olacağını güman edəcəkdilər. Çünki Daxili İşlər nazirinə növbəti «Hacı Məmmədov» lazım deyil. Axı bu istiqamətdə «daxili təhqiqat» və ya ictimai araşdırmalar başlansa məlum olar ki, hüquq mühafizə məmurlarının kabinetləri və qəbul otaqlarında əsəb gərginliyi keçirməsi nəticəsində vəfat edən vətəndaş təkcə Alim Kazımlı deyil. Bu yöndə təhqiqatlar aparılsa məlum olar ki, həmin hüquq mühafizə orqanlarının «xidməti ərazilərində» verilən işgəncələr nəticəsində onlarla vətəndaş vəfat edib və ya yerindəcə şikəst olub.



«Yeni Azərbaycan» qəzeti «NATO Ermənistana Rusiya hərbi bazalarını ərazisindən çıxarmağı məsləhət görür» başlıqlı yazıda Tofiq Vahid qurumun baş katibinin müavinin Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsilə bağlı bəyanatını şərh edir. Müəllif yazır ki, bu bəyanatla NATO-nun Cənubi Qafqazla bağlı siyasəti tam aydınlaşır. Yəni, bölgə Rusiya silahından tamamilə təmizlənməlidir. NATO Ermənistan hökumətindən iradə nümayiş etdirməyi və hərbi bazaların yerləşdirilməsinə qarşı çıxmağı istəyir. Müəllif yazır ki, əks təqdirdə Qərb sınaqdan çıxmış «inqilab» versiyasına əl ata bilər.



«Gün –Səhər» qəzetindəki «Qeyri-rəsmi ikinci şəxs» sərlövhəli yazıda müəllif Qurban Yaquboğlu yazır ki, prezidentdən sonra ən səlahiyyətli şəxs baş nazir olsa da, bu sahədə Ramiz Mehdiyevlə nə Artur Rəsizadə, nə də Murtuz Ələsgərov rəqabət apara bilməz. Müəllif qeyd edir ki, parlament və yerli icra orqanları, hüquq mühafizə, məhkəmə, prokurorluq sistemi, bütövlükdə ölkənin ictimai-siyasi və iqtisadi həyatı Prezident Aparatından idarə olunur. Siyasi mübarizə üsulları burda «kəşf» edilir, kombinasiyalar burda qurulur. Bütün bunaları sadalayan müəllif hesab edir ki, faktiki olaraq ölkənin qeyr-rəsmi ikinci səxsi Ramiz Mehdiyevdir. Dinc demokratikləşmənin taleyi daha çox ondan asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG