Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:09

Ziyalılar seçkiqabağı mühitdən narahatdırlar<p align=`left`><br><br>


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” «Parlament seçkiləri ərəfəsində Azərbaycan cəmiyyətində formalaşmaqda olan mühit böyük narahatlıq doğurur. Ölkə seçkiyə yox, seçkidən sonrakı hadisələrə hazırlaşır». Bu, bir qrup ziyalının Azərbaycan xalqına müraciətindəndir.



Müraciətdə daha sonra deyilir: «Ölkənin tanınmış ziyalıları, iş adamları seçkiyə qatılmalı, sübüt etməlidirlər ki, Azərbaycan bir-birinə qarşı duran iqtidar-müxalifət mənsublarından ibarət deyil. Qələbəsini hər iki qütbün etiraf edəcəyi insanların seçkidə iştirakı qarşıdurmanı azaldardı». Ziyalılar seçki komissiyalarının üzvlərini tərəfsiz olmağa, vicdanlarının səsi ilə hərəkət etməyə çağırırlar.



Sənədi imzalayan «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Azərbaycan cəmiyyətinin ziyalıların arzuladığı və istədiyi ikmi qurulmamasından narahat olduqlarını söyləyir.



Milli İstiqlal Partiyasının keçmiş üzvü, iqtisadçı professor Nazim İmanov isə hesab edir ki, onların bu narahatlığı cəmiyyətin seçkiyə yox, seçki sonrası davalara hazırlaşması ilə əlaqədardır.



Xalq artisti Xuraman Qasımova isə deyir ki, o, Azərbaycanın yalnız zəngin ölkə kimi deyil, həm də sivil məmləkət kimi tanınmasını istəyir.



Ekspert Zəfər Quliyev bu müraciətin ölkədəki proseslərin bəhrəsi olduğunu düşünür. Qarşıdurma ovqatının gücləndiyini deyən ekspert hesab edir ki, narahatlıq başa düşüləndir. Amma o, ziyalıların insan haqlarının pozulduğu hallara münasibət bildirməməsindən təəsüfləndiyini söyləyir. Z.Quliyev sənədin arxasında hansı niyyətin durduğunu deməkdə çətinlik çəksə də, seçki öncəsi hakimiyyətin təşəbbüsü ilə belə müraciətlərin çoxala biləcəyini istisna etmir.
XS
SM
MD
LG