Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:14

Azərbaycan futbolunda bahalı transferlərin rolu artır


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Azərbaycan çempionu «Neftçi» Çempionlar Liqası yarışı ərəfəsində heyətində böyük problemlərlə üzləşib. Əsas oyunçuları – Mahmud QurbanovEmin Quliyev «Neftçi»ni tərk edib.



Baş məşqçi Ağasəlim Mircavadov çətin vəziyyətə düşdüklərini etiraf edir. Onun sözlərinə görə, heyətə yeni futbolçular seçib cəlb etmək üçün vaxt azdır.



«Neftçi»dən ayrılan futbolçular «Xəzər-Lənkəran» klubuna keçiblər. Azərbaycanı UEFA Kuboku yarışlarında təmsil edəcək «Xəzər-Lənkəran»ın işləri isə «Neftçi»dən fərqli olaraq pis getmir. Komanda öz heyətini əcnəbi futbolçularla da gücləndirir. Artıq İtaliyanın «A» seriyasında çıxış edən Nikola Lazetiçlə razılıq əldə edilib.



«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, bu komandaların avrokuboklardakı şanslarını müxtəlif cür qiymətləndirmək olar. Onun bildirdiyinə görə, heyətini gücləndirən «Xəzər-Lənkəran»a nisbətən «Neftçi»nin şansları daha az görünür.



«Neftçi» klubunun baş məşqçisi Ağasəlim Mircavadov isə bildirir ki, pul artıq Azərbaycan futbolunda ciddi rol oynamağa başlayıb. Yəni, daha imkanlı sponsora malik komandalar heyətini gücləndirməklə həm milli çempionatda, həm də avrokuboklarda şanslarını artıra bilir. «Neftçi»nin özünün isə maliyyə imkanları məhduddur.



Ağasəlim Mircavadov deyir ki, onların sponsoru dövlət müəssisəsi – «Azneftyağ» zavodudur. Və bu zavod sponsoru özəl şirkət olan bəzi komandalar kimi, 500 min, yaxud 1 milyon dollara tanınmış futbolçular transfer etmək gücündə deyil. Amma Ağasəlim Mircavadov deyir ki, rəqiblərinin hansı komanda olacağından asılı olmayaraq Çempionlar Liqasına ciddi hazırlaşacaqlar.



Keçmiş futbolçu Maşallah Əhmədov isə bahalı transferlərin beynəlxalq yarışlarda yüksək nəticə göstərməyə kömək edəcəyinə o qədər də inanmır. O, bunu istər əcnəbi məşqçilərə, istərsə də xarici oyunçulara aid edir. Keçmiş futbolçunun fikrincə, bu yolla ancaq müvəqqəti uğur qazanmaq olar. Əvəzində isə yerli futbol məktəbləri inkişafdan qalır.



«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə deyir ki, son illər Azərbaycan komandalarının Çempionlar Liqası və UEFA Kubokuna ciddi hazırlaşmaları müşahidə olunur. Onun fikrincə, milli çempionatın səviyyəsi getdikcə artır və komandalar avrokuboklarda uğurla iştirak edib böyük məbləğdə gəlir götürmək şanslarının olduğuna inanmağa başlayıblar.



Mahir Rustəmli onu da deyir ki, Azərbaycan komandalarının avrokuboklarda necə iştirak edəcəyi həm də iyunun 24-də keçiriləcək püşkatmadan asılı olacaq. Onun sözlərinə görə, məsələn, püşkatmanın nəticələrinə görə, «Neftçi» elə birinci mərhələdəcə Çempionlar Liqasının hazırkı qalibi İngiltərənin «Liverpul» klubu ilə də qarşılaşa bilər.
XS
SM
MD
LG