Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:56
Rubrikalar

“Alfa Qrup” “Azərcell”in səhmdarına çevrildi


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” - Nazirlər Kabineti gələn ildən yeni manata keçməklə bağlı bütün nazirliklərə tapşırıq verib ki, bu il oktyabrın 1-dən satış və xidmət yerlərində və banklarda qiymətlər həm köhnə, həm də yeni qiymətlərlə yazılsın. Bundan əlavə, Azərbaycanda yayılan bütün reklamlarda da qiymətlər yeni manatla göstərilməlidir.



Denominasiya haqqında prezident fərmanına görə, 2006-cı ildən dövriyyəyə indiki 5000 manatı əvəz edən 1 manatlıqlar buraxılacaq və 2006-cı il ərzində yeni pulların köhnələri əvəzləyəcəyi gözlənilir.



- Rusiyanın “Alfa Qrup” şirkəti uzun çəkən danışıqlardan sonra “Türkcell”in 27 faizlik səhmini alıb.



Türkiyənin “Dünya” qəzetinin məlumatına görə, “Azərcell”in səhmlərinin yarısından çoxunun sahibi olan “Türkcell”də yer almaq üçün “Alfa Qrup” Türkiyənin “Çukurova Qrup” şirkətinə 3 milyard 300 milyon dollar pul ödəyib.



Beləliklə, Rusiya şirkəti faktiki olaraq “Azərcell”in də payçısına çevrilib. Amma “Türkcell”in digər payçısı – “TeliaSonera” İsveçrə-Finlandiya birgə müəssisəsi aparılan əməliyyatla razılaşmadığını və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.



- Neftin qiyməti isə dünya bazarlarında yüksək olaraq qalır. “Associated Press” agentliyinin məlumatına görə, indi 1 barrel xam neft təxminən 58.5 dollardır. Azərbaycan Dövlət Neft Şirkətindən aldığımız məlumata görə isə, “Azəri Light” neftinin 1 barreli 54 dollar 66 sentdir.



- Milli Bankdan aldığımız məlumata görə, bütün valyutalar ucuzlaşıb. 1 dollar 4 721 manat, 1 rubl 165 manat, 1 avro isə 5 724 manatdır.
XS
SM
MD
LG