Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:11

Vəkil Pirəli Orucovun azadlığa buraxılmasını tələb edir


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” İyunun 7-də həbs olunmuş Pirəli Orucov azadlığa buraxılmalıdır. Bunu onun vəkili Adil İsmayılov deyir. Onun sözlərinə görə, partlayış törədiləcəyi haqqında məlumat verən Əlimurad Nəhmətov adlı şəxs sonradan ifadəsini təkzib edib.



Cənab İsmayılov bildirir ki, P.Orucovun əleyhinə ilkin ifadədən başqa heç bir dəlil yoxdur. Vəkil əlavə edir ki, istintaq hadisənin tamah məqsədilə törədildiyini göstərsə də, MTN və Baş Prokurorluğun birgə məlumatında bunun ictimai-siyasi sabitliyi pozmaq məqsədi güddüyü bəyan edilib.



Müsavat Partiyasının üzvü, prokurorluğun sabiq əməkdaşı Pirəli Orucov Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürov və ATV-nin prezidenti Tağı İbrahimovun maşınına partlayıcı qurğu qoymağa göstəriş verməkdə günahlandırılır. İstintaqa görə, partlayış iyunun 1-də törədilməliyiş.
XS
SM
MD
LG