Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34
Rubrikalar

Boksçular Avropa çempionatında uğurla çıxış edirlər


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” - İyunun 24-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatının startı veriləcək. Turnir bir gün davam edəcək.



- İyunun 24-25-də Sankt-Peterburqda aykido üzrə beynəlxalq seminar keçiriləcək. Seminarda Azərbaycanı 4 idmançı təmsil edəcək. Məqsəd bu idman növü ilə məşğul olanların təcrübəsini artırmaqdır. Məşğələni Beynəlxalq Aykido Federasiyasının nümayəndəsi, 8-ci dan “qara kəmər” sahibi Yamada Sensey aparacaq.



- Azərbaycanın yeniyetmə boksçulardan ibarət yığma komandası Macarıstanda keçirilən Avropa çempionatında uğurla çıxış edir. 30 ölkədən 200-dən artıq boksçunun yarışdığı turnirdə artıq 5 Azərbaycan idmançısı yarımfinal mərhələsinə vəsiqə qazanıb. Boks Federasiyasının baş katibi Tofiq Babanlı:



«Anar Sadıxlı, İsmət Eynullayev, Famil Süleymanov, Hafiz İsgəndərov və Rüstəm Şahinov özlərini minimum bürünc medalla təmin ediblər».



Yarımfinal qarşılaşması iyunun 24-də, final isə iyunun 25-də olacaq.



- İranda isə taekvando üzrə “Fəcr turniri”nin startı verilir. Azərbaycanı Zahid Məmmədov (54kq), Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Niyaməddin Paşayev (67 kq), Fuad Nuriyev (72 kq), Rəşad Əhmədov (78 kq), Təvəkkül Bayramov (84) və Vüqar Məcidov (84 kq) təmsil edəcəklər.



- MDB ölkələrinin yeniyetmə idmançılar arasında universal döyüş üzrə turnirində iki Azərbaycan idmançısı medal qazanıb. Elman Abışov qızıl, Elnur Namazov isə bürünc medalın sahibi olub.



- İyunun 23-də yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının startı verilib. 80 idamançı 8 çəki dərəcəsində mübarizə aparır. Dörd gün davam edəcək turnir avqustda Bolqarıstanda keçiriləcək Avropa birinciliyinə seçim və hazırlıq xarakteri daşıyır.
XS
SM
MD
LG