Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Samur körpüsünün təmiri ləngiyir


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Qəza vəziyyətində olan Samur körpüsünün bərpası Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası prosesi başa çatanadək ləngiyəcək. Bunu Ərazilərin Bərpası Agentliyinin direktoru Əli Məmmədov Dərbənddə Rusiya Nəqliyat Nazirliyinin rəsmiləri ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, Rusiya tərəfi körpünün mübahisəli sərhəd ərazilərinə aid olduğunu əsas gətirərək problemin hər iki ölkənin Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirəsini vacib sayıb.



Dərbənd görüşündə tərəflər yalnız texniki məsələlərlə bağlı protokol imzalayıblar.



Qusar rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İslam İnkişaf Bankı körpünün bərpasına iki milyon ABŞ dolları ayırıb.
XS
SM
MD
LG