Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

Çin şirkəti BTC-nin yeni payçısına çevrilə bilər


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Çinin «CNOOC» şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəmərinin yeni payçısına çevrilə bilər. Şirkətdən verilən məlumata görə, BTC-i onlar üçün xüsusi maraq kəsb edir. «Asoşeyted Press» Agentliyinin verdiyi məlumata görə, bu şirkət «Unocal»ı 18,5 milyard dollara almağa hazırlaşır. «XFN-Asia» Agentliyinin Çin şirkətinin vitse-prezidenti Tang Huaya istinadən verdiyi məlumata görə isə «Unocal»ı almaqla «CNOOC» İndoneziya, Banqladeş, Tailand və Azərbaycana çıxış əldə edəcək. Digər tərəfdən şirkət «Unocal»ın «Azəri», «Çıraq» və «Günəşli» yataqlarındakı təxminən 10.3 və BTC-dəki 9 faizlik payını da əldə edəcək.



Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev gözlənilən dəyişiklikdən xəbərsiz olduğunu, amma «Chevron»un hələlik «Unocal»ın öhdəliklərini yerinə yetirdiyini deyir.



İqtisadçı-ekspert İlham Şabanın fikrincə, Çin bütün dünyadakı neft resurslarına çıxış tapmağa çalışır. Bu təklif də onun bir nümunəsidir:"Əgər Çin bir yerdə operatorluğu ələ keçirirsə, həmin yerdə Qərb şirkətləri üçün bazar bağlanır. Çünki onlarda Çin texnologiyası yoxdur".



Bu il iyunun əvvəlində «Unocal» şirkətinin «Chevron»a 16,5 milyard dollara satılması razılaşdırılmışdı. Amma Çin şirkəti əlavə iki milyard dollar təklif edəndən sonra «Unocal»dan buna baxıldığı cavabı gəlib. «Unocal»ın səhmdarlarının «CNOOC»un təklifinə baxmaq üçün bu ilin avqustunda toplaşacağı bildirilir. Şirkət əlavə olaraq «Chevron»a 500 milyon dollar verməyə və «Unocal»ın 1,6 milyardlıq borclarını da üzərinə götürməyə razıdır.



Hazırda Azərbaycanda Çinin yalnız bir neft şirkəti – «Sheng Lee» «Pirsaat» yatağında 50 faizlik payla fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG