Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Siyasi qüvvələr AŞPA qətnamələri barədə


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” İyunun 22-də AŞPA-nın yay sessiyasında qəbul olunan qətnamələrin Azərbaycanda dəyişikliyə səbəb olmayacağını deyənlər də var, onlar yerinə yetirilməzsə, bunun Azərbaycan üçün ciddi nəticələr verəcəyini iddia edənlər də.



Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair qətnamədə deyilir ki, payızda keçiriləcək parlament seçkiləri ölkənin demokratik imici üçün həlledici sınaqdır. Sənədə görə, müxalifətin yürüşlərinə icazə verilməməsi qəbuledilməzdir. Eyni zamanda AŞPA hakim partiya və müxalifət arasında son zamanlar gedən siyasi dialoqu alqışlayır.



İqtidaryönlü Ana Vətən partiyasının funksioneri Zahid Oruc AŞPA-da Azərbaycanla bağlı müzakirələri normal adlandırır, qətnamələrdə irəli sürülmüş tövsiyələrə isə tədricən əməl olunacağını deyir.



Müsavat partiyası insan haqları komissiyasının sədri Məmməd Zeynalov isə AŞPA qətnamələrini həmin qurumun ən kəskin sənədləri hesab edir.



“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov AŞPA qətnamələrini ultimatum xarakterli adlandırır, onların Azərbaycana ciddi xəbərdarlıq olduğunu deyir. Rauf Mirqədirov eyni zamanda bu günlərdə bir qrup konqresmenin Amerika Konqresinə təqdim etdiyi Azərbaycanla bağlı qətnamə layihəsini də yada salır. Bu layihəni respublikaçı – hakim partiya nümayəndələrinin hazırlamasını nəzərə alaraq Ağ Evin Azərbaycanla bağlı siyasətində dəyişiklik olacağını istisna etmir.



Ana Vətən partiyasından Zahid Oruc AŞPA qətnamələrinin Azərbaycanda inqilaba yönəlməsi barədə fikirləri qəbul etmir, sənədlərdə ölkədə qarşıdurma yaradacaq ifadələr olmadığını deyir.



Müsavat partiyasından Məmməd Zeynalov qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçməyəcəyi halda ölkədə inqilabı istisna etmir. Onun fikrincə, bu inqilaba Avropa Şurasının sənədləri deyil, iqtidar şərait yaradır.



“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovsa deyir ki, inqilab hansısa xarici qüvvənin istəyi ilə baş vermir, inqilab üçün ölkə daxilində şərait yetişməlidir. O, Azərbaycanda demokratik inqilabdan çox ona hansı səviyyədə beynəlxalq dəstək veriləcəyinin mühüm olduğunu bildirir.
XS
SM
MD
LG