Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:15

Meriya 25 iyun aksiyasına icazə verdi


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Bir qrup siyasi partiya və QHT-nin iyunun 25-də yürüş-mitinq keçirmək barədə müraciətinə Bakı şəhər İcra Hakimiyyəti icazə verib. Meriyanın İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə aksiyanın Təşkilat Komitəsinə daxil olan məktubda belə deyilir.



Metronun «20 Yanvar» stansiyasının yanından başlayan yürüş Dövlət Film Fondunun binası (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə bitəcək.



Aksiyada «Azad seçki!», «Seçki Məcəlləsinə əlavə və dəyişikliklər eldilsin!», «Partiya və QHT-lərin qeydiyyat problemi həll edilsin!», «Namizədlərin qeydə alınması üçün tələb olunan depozit məbləği minumum əmək haqqının iki mislinə qədər azaldılsın!», «Siyasi mühacirlərin vətənə dönməsinə şərait yaradılsın!», «Qarabağın qaytarılması üçün əməli addımlar atılsın!», «Siyasi məhbus problemi birdəfəlik həll edilsin!» və s. şüarların səsləndirilməsi gözlənilir.



Xəbəri yürüş-mitinqin təşkilatçılarından olan Azərbaycan Milli Demokrat Partiyasının Mətbuat Xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG