Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:55

“Dünya Sammiti Mükafatı” müsabiqəsinə sənəd qəbuluna başlanılıb


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Azərbaycanda yaradılan İnternet saytlar, elektron kitablar, şəbəkələr və s. bu kimi elektron məhsullar “World Summit Award” – “Dünya Sammiti Mükafatı” beynəlxalq müsabiqəsində iştirak edə bilər.



2003-cü ildə keçirilən İnformasiya Cəmiyyəti üzrə Beynəlxalq Sammitdə “Elektron kontent” müsabiqəsi təşkil olunub. Bu müsabiqədə dünyanın 168 ölkəsindən elektron məhsullar iştirak edib.



“Elektron kontent” müsabiqəsinin Azərbaycan milli bölməsindən Fərid Kazımov bildirir ki, onlar iyunun 22-dən iyulun 15-dək layihələri qəbul edəcəklər. Müsabiqədə iştirak etmək üçün əlavə heç bir ödəniş tələb olunmur.



Fərid Kazımov deyir ki, hər kəs hazırladığı kompüter proqramı, İnternet saytı və s. bu kimi məhsullarla müsabiqədə Azərbaycanı təmsil edə bilər.



“Əsas məqsəd Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələri – elektron dərslikləri, şəbəkələri, İnternet saytları beynəlxalq səviyyədə nümayiş etdirməkdir. Azərbaycan milli bölməsi üzrə qalib gələnlər Tunisdə dövlət başçılarının iştirak edəcəyi sammitdə təmsil olunacaqlar”.



Fərid Kazımovun sözlərinə görə, müsabiqə elektron-təhsil, elektron-biznes, elektron-səhiyyə, elektron-əyləncə və s. bu kimi səkkiz nominasiya üzrə keçiriləcək. Bakıda ekspertlərdən təşkil olunmuş münsiflər heyəti ən yaxşı işləri “World Summit Award” – “Dünya Sammiti Mükafatı”na təqdim edəcək. Qaliblər isə bu ilin noyabrında Tunisdə keçiriləcək İnformasiya Cəmiyyəti üzrə Beynəlxalq Sammitdə elan olunacaq.
XS
SM
MD
LG