Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

«Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev hansı sirrləri bilir?»


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” «Yeni Azərbaycan» qəzetində «Siyasi irtica» başlıqlı yazıda müəllif Azər Mənsimli yazır ki, aqressiv rəftar radikal müxalifət düşərgəsini cəmiyət üçün təhlükəli qüvvəyə çevirir. Zorakılığın müxtəlif növlərindən alət kimi istifadə edən müxalifətçilər var. Müəllifə görə, bu hal o vaxt üzə çıxır ki, özünü davakar, təcavüzkar kimi aparmaq bir tapşırığa çevrilıir və insan bunu yerinə yetirməli olur. Bu realıq radikal müxalifət liderlərinin fərdi keyfiyyətlərinə tamamilə uyğundur. «Yeniləşməyə daha çox kimin ehtiyacı var: Radikal müxalifətin , yoxsa iqtidarın» - sualını qoyan müəllif hesab edir ki, iqtidar daxilində yeniləşmə artiq özünü biruzə verməkdədir. Radikal müxalifət düşərgəsində isə siyasi və mənəvi terror, qanlı aksiyaların planlaşdırılması əhvali-ruhiyyəsi hökm sürür.



«Bakı-Xəbər» qəzetindəki «Məhərrəm Əliyev hansı sirrləri bilir?» sərlövhəli yazıda müəllif qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi ilginc informasiyalarla silahlanıb. Yazıda bildirilir ki, hakimiyyət daxilində qruplararası münasibətlərin gərgin olması sirr deyil və mütəmadi olaraq bu ziddiyyətlər müxtəlif formalarda üzə çıxır. Hakim komandadakı çəkişmələrdə ən çox adı halanan qrup təmsilçilərindən biri də BŞBPİ şefi, general Məhərrəm Əliyevdir. Generalın son günlər mətbuata çıxışlarında açıqladığı bəzi nüanslar maraqlı nəticələr çıxarmağa əsas verir. Əvvəla, cənab Əliyev onu sıxışdıran qüvvələrin fəallaşdığını hiss edərərk əks gedişlər edir. İkincisi, baş polis bir çoxlarının xoflandığı ilkin və açılması təhlükəli olan məlumatlara sahib olduğunu birizə verməyə başlayıb. Üçüncüsü, o, tək müdafiə yox, həm də hücum movqeyində dura biləcəyini nümayiş etdirir. Dördüncüsü isə M.Əliyev qardaşının işdən çıxarılmasından sonra növbəti hədəfə özünün çevrilə biləcəyinə dözməyəcəyini göstərməyə başlayıb.



«Yeni Müsavat» qəzetində «Ramil Usubov redaktorlarla görüşüb» başlıqlı yazıda qeyd olunur ki, redaktorlar nazirdən fotomüxbir Alim Kazimlının ölümü ilə bağlı məsələnin araşdırılmasını, günahkarın ciddi şəkildə cəzalandırılmasını xahiş ediblər. Görüş zamanı nazir mətbuat orqanlarında Alim Kazımlının ölümündə Nərımanov Rayon Pasport Qeydiyyatı İdarəsinin rəisi Abil Məmmədovun günahkar olması haqda yazılanlara toxunub. Tərəflər arasında hadisənin səbəbləri barədə müəyyən fikir ayrılıqları olsa da, «Gün-Səhər» qəzetinin baş redaktoru Arif Əliyev yekunda qəbul edilən qərardan qazı qaldığını bildirib. Qəzet yazır ki, jurnalistləri razı salan qərar ondan ibarət olub ki, bu işin Respublika Prokurorluğu tərəfindən araşdırılması üçün müraciət olunması qərara alınıb. Nazir bildirib ki, gunahlandırılan səxs DİN əməkdaşı olduğundan bu işi həmin nazirlik araşdıra bilməz. Görüşdə o da qərara alınıb ki, aparılan araşdırma Mətbuat Şurasının iştirakı ilə həyata keşirilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG