Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

Nazir Gürcüstan azərbaycanlılarına torpaq veriləcəyini deyir


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Gürcüstanın Regional Münaqişələr naziri Georgi Xaindrava bu yaxınlarda bütün ölkə vətəndaşlarına torpaq almaq imkanı veriləyəcəyini deyir. Onun sözlərinə görə, məsələ parlamentin də gündəliyindədir.



Gürcüstan prezidenti Mixail Saakaşvili hakimiyyətə gələndə azərbaycanlıların torpaq problemini həll edəcəyinə söz vermışdi. Cənab Xaindrava deyir ki, məsələnin bu qədər uzanmasına səbəb torpaq icarədarlarının əllərindəki sənədlərin qanuni olmasıdır: «Torpaq paylananda yerli məmurlar onu öz aralarında bölüblər. Kimi 25, kimisə 40 illiyinə icarəyə götürüb. İndi əllərində sənəd var, heç nə demək olmur. Hazırda hökumət çıxış yolu axtarır; nə qanun pozulsun, nə də camaat torpaqsız qalsın».



Gürcüstan azərbaycanlılarının əsas problemi işsizlik və torpaqlarının olmamasıdır. 1996-cı ildə aparılan torpaq islahatlarından sonra əsasən Dmanisi, Bolnisi və Marneuli rayonunun azərbaycanlı sakinləri torpaqsız qalıblar. Gürcüstan azərbaycanlılarının «Qeyrət» Hərəkatı onların 70 fazinə torpaq verilmədiyini bildirir. Amma Georgi Xaindrava problemin tək azərbaycanlılara yox, ölkənin başqa millətdən olan vətəndaşlarına da aid olduğunu bildirir.



Azərbaycanlılara torpaq verilməməsi məsələsi bir neçə dəfə qaldırılıb. Ötən ilin dekabrında Marneuli rayonunun Qullar kəndində bu məqsədlə etiraz aksiyası keçirən azərbaycanlılarla polis arasında toqquşma baş verib. Nəticədə bir azərbaycanlı qadın ölüb. Son bir ayda Dmanisi rayonunun azərbaycanlı sakinləri Gürcüstan parlamenti qarşısında üç dəfə etiraz aksiyası keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG