Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:03

Fotomüxbirin ölümünü DİN-lə media təşkilatları birgə araşdıracaq


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” "Yeni Müsavat" qəzetinin fotomüxbiri Alim Kazımlının ölümü ilə bağlı iyunun 22-də daxili işlər naziri Ramil Usubov Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "Gün-Səhər" qəzetinin baş redaktoru Arif Əliyevlə görüşüb. Aparılan müzakirələrin sonunda fotomüxbirin ölümü ilə bağlı birgə komissiyanın yaradılması qərara alınıb.



Bu arada Alim Kazımlının ölümü haqda mətbuatda

gedən materiallarla əlaqədar DİN mətbuat xidməti məlumat yayıb.



Nazirlik Alim Kazımlının 2004-cü il dekabrın 28-də Nərimanov rayon Polis İdarəsinin pasport-masa şöbəsində aldığı fiziki xəsarətlər nəticəsində ölməsi barədə fikirləri təkzib edir.



Nazirliyin məlumatına görə, pasport şöbəsində qayda-qanun olmamasından əsəbiləşən Alim Kazımlı mübahisəyə səbəb olan davranış nümayiş etdirib. Pasport şöbəsinin rəisi Abil Məmmədov "həyəcanlanmış" fotomüxbiri sakitləşdirməyə çalışıb. Amma qəfildən A. Kazımlının səhhəti pisləşib və təcili yardım maşınında xəstəxanaya çatdırılıb.



Nazirliyin məlumatına görə, vətəndaşların qəbuluna lazımi şərait yarada bilmədiyinə və Alim Kazımlıyla nəzakətsiz rəftarına görə A. Məmmədova "ciddi töhmət" edilib.



Daxili İşlər Nazirliyi müxalifəti təmsil edən mətbuatın A. Kazımlının vəfatını siyasiləşdirmə cəhdindən təəssüf hissi keçirdiyini bildirir. DİN bildirir ki, A. Kazımlı 2002-ci ildən hipertoniya xəstəliyindən əziyyət çəkirmiş. Nazirliyin məlumatına görə, bunu onun ixtisasca həkim olan xalası oğlu da təsdiq edib.



“Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı cari ilin iyunun 19-da vəfat edib.
XS
SM
MD
LG