Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:06

Bakı AŞPA-da Gürcüstan azərbaycanlılarının məsələsini qaldırır


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” İyunun 21-də Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) deputatı Rəfael Hüseynov Gürcüstanda azərbaycanlıların incidilməsi, Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsi barədə sənəd yayıb.



Gürcüstanlı ekspert Temuri Yakobaşvili məsələnin indi qabardılmasının siyasi maraqlarla bağlı olduğunu zənn edir.



“Mən ümumiyyətlə, hesab edirəm ki, son vaxtlar hansısa səbəblər üzündən Azərbaycanla Gürcüstan arasında siyasi danışıqlar prosesi dayandırılıb. Biz tez-tez Gürcüstandakı azərbaycanlı əhalinin problemlərini qaldırır, onları müzakirə edirik, çünki, hesab edirik ki, bu əhali qrupuna daha çox diqqət ayrılmalıdır. Amma Avropa Şurasına qaçmağın də mənasız olduğunu düşünürəm. Məncə, hökümətlər və xalqlar arasında inam yüksək səviyyədədir və məsələləri öz aramızda həll etmək olardı. Amma əgər azərbaycanlı deputatlar belə etməyi qərara alıblarsa, məncə, buna xüsusi səbəbləri var idi. Bunun siyasi məqsədlərlə istifadə olunacağı hamı üçün bəllidir və belə addımlar gözlənilən idi”.



Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli də sənədin yayılmasının Azərbaycandaxili məsələlərlə bağlı olduğunu düşünür. Onun sözlərinə görə, hakimiyyət Gürcüstandakı inqilabi hisslərin Azərbaycana keçməyindən qorxur və inqilabdan sonra Gürcüstanda demokratiyanın olmamasını göstərmək istəyir. Xaləddin İbrahimli sənədin seçkiqabağı proseslərlə bağlı olduğunu ehtimal edir.



Gürcüstan azərbaycanlıları ilə bağlı sənədi isə artıq AŞPA-nın Katibliyi qəbul edib. O, nəşr olunaraq deputatlara paylanacaq. Bu məsələ üzrə məruzəçi təyin olunsa, Gürcüstan azərbaycanlılarının problemləri gələcəkdə Avropa Parlamentində də müzakirə olunacaq.
XS
SM
MD
LG